"Sanksiyalar dərhal dayandırılmalıdır" ÇAĞIRIŞ EDİLDİ

Avropa Birliyi Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarını dərhal ləğv etməlidir, bu, Almanya iqtisadiyyatına da ciddi şəkildə ziyan vurur. SİA xəbər verir ki, bu sözləri “Almaniyaya Alternativ Partiyası”nın həmsədri Tino Krupalla, RİA Novostiyə verdiyi müsahibədə söyləyib.

Partiyanın həmsədri sanksiyaların dərhal dayandırılmasının vacib olduğunu dilə gətirib.

"Avropada və dünyada sülh Almaniya üçün mərkəzi hədəflərdən biridir. Rusiya ilə yaxşı münasibətlər bu məsələdə mühüm rol oynayır. Çünki bizim üçün Rusiya Avropaya aiddir. Bu səbəbdən də Rusiyaya qarşı sanksiya siyasəti dərhal dayandırılmalıdır ", deyə partiyanın lideri, Avropa Birliyinin anti-Rusiya sanksiyaları ilə bağlı sualı cavablandırarkən bildirib.

O, sanksiyaların hər iki ölkəyə zərərinə toxunub.

"Yeri gəlmişkən, sanksiyalar Rusiya və Almaniya tərəflərinə ziyan vurur. Uzun illərdir Rusiya ilə yaxşı iqtisadi münasibətlərdə olan Şərqi Almaniya sahibkarları xüsusilə ağır zərbə alıblar", deyib partiya lideri.
Siyasətçi əlavə edib ki, "Almaniya Alternativ Partiyası" "Rus və Alman xalqları arasında beynəlxalq anlaşmanı" təşviq etmək istəyir. Bunu şəxsən prioritetlərindən biri adlandırıb.

Xatırladaq ki, mart ayında Avropa Birliyi Şurası altı Rusiya vətəndaşına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi səkkiz Avropa Birliyi vətəndaşının Rusiyaya girişinə qadağa qoyub. Siyahıya, xüsusən də Avropa Parlamentinin rəhbəri David Sassoli, həmçinin Avropa Komissiyasının Avropa Dəyərləri və Şəffaflıq üzrə vitse-prezidenti Vera Yurova da daxildir.

Diqqətə çatdıraq ki, Ukraynadakı və yarımadadakı referendumdan sonra Rusiyaya qovuşan Krım ətrafındakı vəziyyətə görə Rusiya ilə Qərb ölkələri arasındakı münasibətlər pisləşib. Rusiya Federasiyasını müdaxilə etməkdə günahlandıran Qərb, ona qarşı sanksiyalar tətbiq edib və Moskva qisas alıb, idxal əvəzetmə kursuna başlayıb, dəfələrlə onunla sanksiyalar dilində danışmağın səmərəsiz olduğunu bəyan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə