"Paşinyan məğlubiyyətin simvoludur, getməlidir" Naira Zohrabyan

Seçkilərdən sonra Nikol Paşinyanla əl-ələ verəcək və onunla işbirliyi edəcək siyasi qüvvə minlərlə ölü, əsir və əlillərə və təslimiyyətə görə cavabdeh olacaqdır. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri "Çiçəklənən Ermənistan" müxalifət fraksiyasının üzvü Naira Zohrabyan bazar ertəsi təşkil etdiyi mətbuat konfransında söyləyib.

“Müxalifətin ortaq bir gündəmi var. Məğlubiyyətdə Nikol Paşinyan günahkardır. Ermənistanın gələcəyi yalnız bir halda ola bilər, o da Nikol və Nikolizm olmadan”, deyə Naira Zohrabyan bildirib.

Onun sözlərinə görə, Paşinyan məğlubiyyətin simvoludur və müharibənin nəticələrini aradan qaldırmaq iqtidarında deyil.

“Paşinyan bir xain damğası ilə əbədi qalacağını özü çox yaxşı bilir. Bizim əsas problemimiz nikolizmdir, deyənlər qoy istədiyini etsin”, dedi Naira Zohrabyan əlavə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə