Putin Qırğızıstan prezidentini niyə dəvət etdi? JAPAROV DANIŞIQLARA ÇAĞRILDI

Bazar ertəsi Rusiya prezidenti Vladimir Putin telefonla Qırğızıstan lideri Sadır Japarovla danışıb, həmkarını Rusiya Federasiyasına ziyarətə dəvət edib, Japarov da bundan imtina etməyib. SİA xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.
“Dövlət başçıları Böyük Vətən Müharibəsindəki Qələbənin 76-cı ildönümü münasibətilə isti təbriklərini bölüşüblər, bu tarixin iki ölkə xalqları üçün xüsusi əhəmiyyətini, cəbhəçilərin şücaətinin xatirəsini qorumağın vacibliyini vurğulayıblar", deyə Kremlin məlumayında bildirilir.
Üstəlik Putin, Moskvada Tacikistan prezidenti Emoməli Rəhmonla son danışıqlara güvənərək Bişkek və Düşənbə arasında "Qırğızıstan-Tacikistan sərhəd bölgəsindəki vəziyyətin siyasi və diplomatik yollarla həll edilməsi üçün" əldə edilmiş razılaşmaları yüksək qiymətləndirib.
"Rusiya tərəfinin vəziyyətin daha da sabitləşməsinə töhfə verməyə hazır olduğu təsdiqlənib", deyə veb sayt vurğulayır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə