Ailə üzvləri Həzi Aslanovun xatirəsini anıblar FOTOLAR

Mayın 9-da - faşizm üzərində tarixi Qələbənin 76-cı ildönümündə ailə üzvləri iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov xatirəsini anıblar. SİA xəbər verir ki, Həzi Aslanovun məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Qeyd edək ki, 1910-cu ildə Lənkəranda anadan olan Həzi Aslanovun faşizm üzərində Qələbənin qazanılmasında göstərdiyi igidlik və peşəkarlıq Sovet İttifaqı tərəfindən yüksək qiymətləndirilib. Belə ki, o, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 3 Qırmızı Bayraq, 2-ci dərəcəli Suvorov, Aleksandr Nevski, 1-ci dərəcəli Vətən müharibəsi, 2 Qırmızı Ulduz ordenləri ilə təltif olunub.

Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 1945-ci il yanvarın 24-də vəfat edib.

Azərbaycan xalqının cəsur övladı Həzi Aslanovun xatirəsi dövlətimiz tərəfindən də daim uca tutulur. Prezident İlham Əliyev general-mayor Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb və cəsur döyüşçünün yubileyi münasibətilə ölkəmizdə bir sıra tədbirlər keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə