Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birgə bəyanatla çıxış edəcəklər
Rusiya, ABŞ və Fransa prezidentləri Dmitri Medvedyev, Barak Obama və Nikolya Sarkozi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birgə bəyanatla çıxış edəcəklər. SİA-nın xəbərinə görə, bunu Rusiya prezidentinin köməkçisi Serqey Prixodenko bəyan edib. O, qeyd edib ki, hər üç ölkənin liderləri birgə bəyanatı Dovildə keçiriləcək G8 sammitində bildirəcəklər.
Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri Dmitri Medvedyev və Barak Obama 26 may tarixində Dovildə keçiriləcək G8 sammitində görüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB