Hüseyn Paşayev: \"“Yeni Müsavat”ın siyasət anlayışı şər və böhtandan kənara çıxa bilmir”\" - MÜNASİBƏT
"Tam rəsmi şəkildə bildirirəm ki, "Yeni Müsavat" qəzetində Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun adına çıxılan binanın ona heç bir aidiyyəti yoxdur".
SİA xəbər verir ki, bunu Lent.az-ın sualına cavabında Yeni Azərbaycan
Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.
H.Paşayev bildirib ki, qəzetdəki yazı ilə bağlı partiyanın mətbuat xidməti
"Yeni Müsavat" qəzetinin rəhbərliyinə mövqeyini bildirib, məqalənin heç bir
araşdırılma aparılmadan, fakta əsaslanmadan qərəzli yazıldığı onların nəzərinə
çatdırılıb: "Qəzetin redaksiyasından söhbət əsnasında da hər hansı fakt gətirə
bilmədiklərindən, araşdırma aparmadıqlarını etiraf etdiklərindən düşünürdük ki,
növbəti gün yazının qərəzli olması barədə oxucularına məlumat veriləcək. Lakin təəssüflə bildirməliyəm
ki, belə olmadı. Bu onu təsdiq edir ki, həmin məqalə "Yeni Müsavat" qəzetinin
öz mövqeyidir. Təəssüflənirəm ki, "Yeni Müsavat"ın siyasət anlayışı şər və
böhtandan kənara çıxa bilmir".
Qeyd edək ki, "Yeni Müsavat" qəzetinin 22 may 2011-ci il tarixli sayında "Əli
Əhmədov mülkünü dövlətə icarəyə verib" başlıqlı yazı dərc olunub. Yazıda
göstərilib ki, YAP icra katibi özünə məxsus mülki Vergilər Nazirliyinin
strukturlarından birinə icarəyə verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB