Cəbhəçi funksioner Əli Kərimlini ifşa etdi TƏRS BAXŞ+FOTOLAR

AXCP NTK sədri Aydın Əliyev: "Əli Kərimli mənə dedi ki, sən bitmisən"

AXCP sədri Əli Kərimlinin partiyası daxilində diktarura rejimi və avtoritar idarəçilik sistemi qurması faktı ilk hadisə deyil. Bu günə qədər Əli Kərimlinin məhz onun şəxsi mənfəətlərini güddüyünə, kirli əməllərini ifşa etdiklərinə görə ittiham edən şəxsləri partiyadan müxtəlif yollarla uzaqlaşdırması halları kifayət qədərdir. Maraqlıdır ki, belə məsələlərdə onun sosial şəbəkələrdə yer almış zombi-trol dəstələri də cəlb olunur və hədəfə alınan şəxslər söyüş, təhqir atəşinə tutulmağa başlayırlar.

Bununla da özünə qarşı çıxanlara həm də mənəvi terror yaşadan AXCP sədri əslində necə "adam" olduğunu bir daha sübuta yetirmiş olur. Onun söyüş, təhqir və mənəvi terorr hədəfinə gələnlərdən biri də partiyanın Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri Aydın Əliyevdir. SİA-ya daxil olan məlumata görə, onun artıq bir neçə ildir ki, partiya rəhbəri Əli Kərimli ilə çəkişməsi davam edir. Aydın Əliyev onu heç bir fakt, səbəb olmadan vəzifəsindən azad edən Əli Kərimlini məhkəməyə verərək, heç bir günahının olmadığını da isbat edib. Amma buna rəğmən, Kərimli hazırda da adıçəkilən funksionerə hədələr yağdırırmaqdadır.

Qeyd edək ki, AXCP-nin NTK sədri bu il martın 4-də partiya sıralarına, qurumdakı vəzifəsinə bərpa olunsa da, Əli Kərimli və onun bəlli çevrəsi Aydın Əliyevin fəaliyyətinə imkan vermir, hər vəchlə onu yenidən AXCP-dən çıxarmaq üçün çoxsaylı vasitələrə əl atır, hətta şərlər, böhtanlar yağdırır.

NTK sədri: "Məndə səs yazıları var"

Aydın Əliyev baş verənlərlə bağlı mediaya danışıb və deyib: "Əli Kərimliyə yaxınlaşdım, mənimlə görüşmək istəmədi və mənə dedi ki, sən bitmisən. Maşınına əyləşib getdi..."

AXCP-nin NTK sədri həmçinin onda AXCP sədri Əli Kərimlinin səs yazısının olduğunu da bildirib və bu səs yazısı vasitəsi ilə partiya sədrini ifşa edəcəyini vurğulayıb: "... Məndə səs yazısı var. Orada Kərimlinin tələm-tələsik Rəyasət Heyətinin üzvü İradə Nərimana partiyadan çıxarılmağımla əlaqədar çıxarış hazırlamağımı tapşırdığı məlum olur. İradə xanım bildirir ki, axı protokol yoxdur, məzmunu olsun. Kərimli deyir ki, bizə protokol lazım deyil, protokoldan çıxarış lazımdır...Demokratiya və insan haqlarından danışan Əli Kərimlinin nə düşündüklərini ortaya qoydum. Bununla cəmiyyətə, gəncliyə hər şeyi göstərdim...".

Beləliklə, bu da Əli Kərimlini danılmaz faktlar qarşısında qoyan təməlli ifşalardan biridir və maraqlıdır ki, AXCP sədri bugünə qədər ona qarşı irəli sürülmüş, isbatlanmış ittihamlara hələ də cavab vermir. Çünki buna cürəti çatmır, ya da susmaq razılıq əlamətidir və əgər sususrsa, ittihamlarla razılaşırsa, onda istefası məsələsini sürətləndirməlidir – növbəti və daha ağır ittihamların da onu əhatəyə alaraq məhv edilməsinə qədər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə