"Rusiya Ermənistanın nüfuzunun qalxması üçün lazım olanları edib". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli vurğulayıb ki, Paşinyanı Rusiya özündən tam asılı vəziyyətə salıb: "Bundan sonra da həmin proseslərə nəzarəti Ermənistanın daxilindəki rus qoşunları və digər qüvvələr həyata keçirir. Ermənistanın daxilindəki proses tamamilə Rusiyanın nəzarəti altındadır. Ermənistana səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfəri zamanı çox məsələlər haqqında söhbət edib, o cümlədən də ABŞ-ın Ermənistandakı bioloji laboratoriyasının bağlanması haqqında Ermənistanla ümumi razılığa gəlinib. Bundan başqa Qarabağ məsələsinə dair fikir mübadiləsi aparılıb. Fikir mübadiləsi deyəndə, Rusiya Fransa ilə, Fransa da ABŞ-la razılaşıb. Dağlıq Qarabağın status məsələsini yenidən gündəmə gətirmək, həm də Dağlıq Qarabağın ATƏT-in Minsk qrupunun əvvəlki heyətində ABŞ, Fransa, Rusiya ilə birlikdə fəaliyyətə başlamasını istəyirlər. Azərbaycana isə bu lazım deyil. Azərbaycan, ilk növbədə, Fransanın ATƏT-in Minsk qrupundan çıxarılmasını və ümumiyyətlə, tərkibin yenilənməsini və o tərkibdə mütləq Türkiyənin olmasını israrla tələb edir. Əgər bu olmayacaqsa, Azərbaycana Minsk qrupunun xidmətləri də lazım olmayacaq. Rusiya Lavrovun timsalında Qarabağın statusu ilə bağlı məsələlərdə həm də ATƏT-in Mİnsk qrupunun yenidən fəaliyyətin bərpası ilə məsələləri həyata keçirməyə çalışacaq. Fikrimcə, Bakıda danışıqlar o qədər də əlvan olmayacaq. Çünki Azərbaycan Fransanın daxil olduğu bir qrupla işləmək istəməz. Rusiyanın özünə də tam ümid bağlamaq olmur. Rusiyanın özü həm Türkiyə, həm də Minsk qrupu ilə oyun oynayır. Rusiya bütün tərəflərlə əlaqə yaratmaqla qazanc əldə etməyə çalışır. Fikrimcə, bu da təsbitedici rol oynayan deyil. Azərbaycan öz istədiyini bilir. Rusiya keçən il 10 noyabr uzlaşmasında olan müddaların bəzilərini həyata keçməməsindən narahatdır. Bu gün də Qarabağ ərazisində 10 mindən çox erməni silahlı qüvvələrinin diversantları var. Rusiyaya dəfələrlə bu haqdakı məsələ xatırladılsa da, bu məsələləri də qulaq ardına vururlar. Azərbaycanı anti-terror əməliyyatları həyata keçirməyə vadar edirlər. Həmçinin, Türkiyə prezidenti Ərdoğanın Ramazan ayından sonra Şuşaya səfər etməsi gözlənilir. Şuşada Türkiyənin qonşuluğunun açılmasına da maraqlıdır. Rusiya mətbuatı dilə gətirir ki, bu proses mənfi təsir edəcək. Bir sözlə, Qarabağ məsələsi, bütövlükdə, Azərbaycan-Ermənistan münaqişəsində məsələləri bir qədər mürəkkəbləşib".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə