“Poroşenko yenidən prezident olmaq şansını itirib” LEONİD PASEÇNİK

Özünü elan edən Luqansk Xalq Cümhuriyyətinin başçısı Leonid Paseçnik, seçicilərin döyüşkən ritorikadan bezdikləri səbəbindən Petro Poroşenkonun Ukraynadakı prezident seçkilərində bir daha qazanma şansı olmadığını söyləyib. SİA xəbər verir ki, Leonid Paseçnik bu sözləri RİA Novostiyə müsahibəsində deyib.
"Petro Poroşenko, Donbass xalqına, Rusiyaya qarşı bu cür aqressiv hisslər baxımından daha qaniçən və daha qətiyyətli görünür. Buna görə düşünürəm ki, çox güman ki, onun heç bir şansı yoxdur. Əminəm ki, Ukrayna xalqı, özü də hərbi əməliyyatlardan yorulan Ukrayna xalqı müharibədən də, davamlı yoxsulluqdan da bezib", deyə Paseçnik bildirib.
Eyni zamanda, onun sözlərinə görə, hazırkı vəziyyətdə Ukraynanın prezidenti kimin olacağının heç bir fərqi yoxdur.
"Amerikanın Ukrayna elitasına, Ukrayna hökumətinə təsiri zəifləməyincə, Ukraynada heç bir şeyin dəyişməyəcəyini düşünürəm. Kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq bunun heç bir əhəmiyyəti yoxdur", deyə o fikirlərini yekunlaşdırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə