Psaki, hələ də birgə işləməyi planlaşdırır BAYDENLƏ

Ağ Evin sözçüsü Cen Psaki deyib ki, öz vəzifəsindən yalnız gələn il gedə bilər. SİA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Onun sözlərinə görə, Demokratik administrasiyadakı xidmət müddəti əvvəllər ABŞ-dakı seçki kampaniyası zamanı razılaşdırılmışdı. Psakinin Bayden ilə 12 ay işləyəcəyi planlaşdırılırdı. "Başqa birinin bu vəzifəyə gəlməsi üçün ən azı bir il ya da bir ildən çox bir müddət gözlənilməlidir", deyə Psaki bildirib.

Eyni zamanda, Psaki bu vəzifənin "çətinliklər və məsuliyyət" olduğunu, bundan da xoşlandığını vurğulayıb. O, etiraf edib ki, daha əvvəllər özünü belə bir vəzifədə görməyib. Ağ Ev sözçüsünün dediyinə görə, Dövlət Departamentində işləyərkən beynəlxalq siyasət haqqında çox şey öyrənib, eyni zamanda mənfi məqamlar da olub.

Xatırladaq ki, Cen Psaki, Ağ Evin Rusiyanı sərt tənqid edən sözçüsü kimi məşhur olub. Bir qədər əvvəl Sputnik radiosu Psakinin Bayden və Putin arasındakı görüşün mövzularını açıqladığını bildirmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə