Gürcüstanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib FOTO

Azərbaycanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mayın 5-də Şəhidlər xiyabanını ziyarət edib.

SİA xəbər verir ki, Baş nazir İrakli Qaribaşvili ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə