"Ombudsman təşkilatların məlumatlandırılmasında fəallıq göstərir" - DEPUTAT RƏY VERDİ

"Ombudsman təşkilatların məlumatlandırılmasında fəallıq göstərir" - DEPUTAT RƏY VERDİ

“Ombudsmanın azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabatını beynəlxalq təşkilatlara göndərilməsini yüksək dəyərləndirirəm. Ombudsman müharibə dövründə də Ermənistanın mülki insanların sıx yaşadıqları yaşayış məntəqələrini də qadağan olunmuş raket atəşinə tutması və insanlığa qarşı vəhşilikləri ilə bağlı da beynəlxalq təşkilatlara erməni özbaşınalıqlarının qarşısının alınmasına tədbir görülməsi üçün də çağırışlar göndərib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

Deputatın sözlərinə görə, ümumiyyətlə Ombudsman Səbinə xanım Əliyeva erməni cinayətləri ilə beynəlxalq təşkilatların məlumatlandırılmasında fəallıq göstərir: “Ombudsmanın hesabat xarakterli Ermənistanın və ermənilərin azərbaycanlılara qarşı aparılan, etnik zəmində nifrəti təbliğ edən siyasətin yol açdığı insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırmaq, bu nifrət əsaslı siyasətin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi ilə bağlı çağırışı da təqdirəlayiqdir”.

A. Badamov vurğulayıb ki, biz Qarbağda torpaqlarımızı azad etməklə döyüş meydanında müharibəni sonlandırmışıq: “Amma informasiya məkanında müharibə davam edir. Erməni lobbisi beynəlxalq ictimaiyyəti ələ almaq üçün yalan və uydurma informasiyaları yaymaqla özlərinin məzlum sifətlərini çıxardaraq azərbaycanlılara qarşı mənfi rəy formalaşdırmağa çalışırlar. Ombudsmanımız və beynəlxalq təşkilatlara giriş imkanına malik digər təkilatlarımız da işğaldan azad olunmuş ərazilərin vəziyyətini və uzun illər azərbaycanlılara qarşı yürütdükləri düşmənçilik siyasətini reallıqları ilə çatdırmaqla informasiya müharibəsində də əldə etdiyimiz qələbəmizi möhkəmlətməliyik”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə