Karvan keçsə də, itlər hələ də hürür... TƏRS BAXIŞ + VİDEO

Karvan keçsə də, itlər hələ də hürür... TƏRS BAXIŞ + VİDEO

Yaxud, Məhəmməd Mirzəli Göyçaya, Orxan Ağayev isə Masallıya “başçı” gedirlərmiş

Artıq bir neçə gündür ki, AXCP sədri Əli Kərimlinin, VİP sədri Əli Əliyevin, eləcə də Ümid partiyasının sədri İqbal Ağazadənin, "Osmanqızı tv"nin himayə etdiyi, dəstək verdiyi Avropadakı "təhqir maşınları" insanları etirazlara, itaətsizliyə, sabitliyi pozmağa səsləyirlər. Əslində bu, onların köhnə və ənənəvi taktikasıdır ki, Avropada oturmaqla, Azərbaycana düşmən mövqeyi sərgiləyən bir sıra məlum dairələrdən üç-beş avro, dollar alıb sözügedən əməllərini icra edirlər. Yəni əsas məqsədləri sözügedən vasitə ilə pul-para qazanmağa hesablanıb və ölkənin, xalqın “qeydinə” qalmaları isə, sadəcə, görüntüdür. Onları nə xalq, nə dövlət maraqları nə də digər heç bir cəhətlər, ümumiyyətlə, maraqlandırmır.

Bu məxluqların iddiaları, sadəcə, iddiadır və heç vaxt həyata keşməmiş də qalacaq

Biz bunu 44 günlük müharibə dönəmində də müşahidə etdik – onlar sözdə “vətənpərvər” kimi görünməyə çalışsalar da, reallıqda düşmən maraqlarına xidmət edirdilər və bu gün insanları küçələrə səsləmələri də məhz bunun danılmaz sübutudur. Onlar qalib dövlətə qarşı bu dövlətə bağlı olan xalqı öz iyrənc çağırışları ilə sadəcə istifadə etməyə cəhd göstərirlər. Buna isə kimsə yol verməyib və yol verməyəcək də.

Ancaq belə bir qaragüruhçuluğun daha bir tərəfi sözügedən düşmən alətlərinin, ya da məxluqlarının sanki 90-cı illərdən qalma küçə təfəkkürünə sahib olmaları, dar düşüncələri, bir də vəhşi, acgöz xarakterli davranışları faktıdır. Düzdür, bu məxluqların iddiaları, sadəcə, iddiadır və heç vaxt həyata keşməmiş də qalacaq, ancaq onların belə bir xətti tutmağa davam etmələri sübut edir ki, ciblərinə erməni lobbisinin pulları axmaqda davam edir. Axdıqca daha da quduzlaşır, daha böyük iddialarla çıxış edirlər.

Sanki küçədə 1992-ci ildir və onlar da AXC-Müsavat xain cütlüyünün təmsilçiləridirlər

Misal üçün, təsəvvürünüzə gətirin ki, haqqında onlarla rüsvayçı faktlar mövcud olan Məhəmməd Mirzəli “hakimiyyətin dəyişəcəyi” halda özünü Göyçay rayonunun icra başçısı kimi görür, Orxan Ağayev adlı digər “söyüş maşını” isə Masallıya “icra başçısı” göndərilir. Azərbaycan bayrağının qarşısında oturan Qalib adlı ifrat tərbiyəsiz ünsür də onların sırasında yer alır. Təbii ki, belə bir sərsəm, məntiqsiz, əsassız və axmaq “ideyaları” ilə gündəmdə qalmağa çalışan sözügedən ünsürlər yığnağı yalnız özləri üçün danışır, özləri-özlərinə əl çalırlar. Sanki küçədə 1992-ci ildir və onlar da AXC-Müsavat xain cütlüyünün təmsilçiləridirlər. Sadəcə, indi sosial şəbəkə “şirlərinə” dönərək, gülünc vəzifə bölgüləri həyata keçirirlər. Beləliklə, nəticə budur: it hürər, karvan keçər. Lakin maraqlıdır ki, karvan çoxdan keçib, bu ünsürlər isə hələ də hürməkdə davam edirlər...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə