Politoloq: “Qəbələ RLS bağlı Rusiyanı razı salmayan addımlar atmaq Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi gərginlik yarada bilər”- MÜNASİBƏT
"Prinsip etibarı ilə Qəbələ RLS Azərbaycan tərəfindən Rusiyaya icarəyə verilən bir obyektdir. Hələ bu obyektin Almaniyaya verilməsi il bağlı ilkin versiyalar olmuşdu. Lakin Azərbaycan son nəticədə, maddi baxımından daha sərfəli olan Almaniyaya yox, geosiyasi vəziyyəti, Rusiyanın qonşu, böyük dövlət, onun Dağlıq Qarabağ probleminin həllində xüsusi təsir imkanlarının olması və digər faktorları nəzərə alaraq Rusiya amilinə üstünlük vermişdi". Bu sözləri SİA-ya politoloq Elman Nəsirov açıqlamasında deyib.
Stansiyanın icarə müddətinin başa çatmasına az qaldığını xatırladan politoloq söyləyib ki, hazırda bununla bağlı yeni versiyalar, yəni Qəbələ RLS-in Azərbaycanla Rusiya ilə birgə istifadəsə və müddətinin uzadılması ilə bağlı fikirlər səsləndirilməkdədir. E.Nəsirov hesab edir ki, nə qədər Dağlıq Qarabağ probemi mövcuddur və onun həllində Rusiya faktı həlledicidir bu məsələdə Rusiyanın xoşuna gəlməyən bir addım onu son dərəcədə qıcıqlandıra bilər.
"Real vəziyyəti, regionda formalaşmış güc balansını, xüsusilə də Rusiya Gürcüstan hadisələrindən sonra Qərbin, ABŞ-ın, NATO-nun tutduğu sözdən uzağa getməyən mövqeyini nəzərə aldıqda düşünürəm ki, Rusiyanın son dərəcədə maraq dairəsində olan Qəbələ RLS-lə bağlı fərqli, onu razı salmayan addımlar atmaq Dağlıq Qarabağ münaqişəsinin həllində növbəti, çox ciddi gərginlik yarada bilər. Ona görə də bu məsələdə Rusiya ilə bağlı versiyanı mümkün variant kimi nəzərdən keçirmək olar", - deyə politoloq qeyd edib.
Stansiyanın Hind okeanına qədər əraziləri nəzarətdə saxladığını dilə gətirən E.Nəsirov əlavə edib ki, 2003-cü ilin mart ayında ABŞ İraqa zərbə endirərərkən ilk hava uçuşlarını Qəbələdəki RLS vasitəsilə izləmək mümkün olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB