HDP-nin fəaliyyətinin dayandırılmasına yönəlik başladılan proses üzrə iş, həmçinin siyasi qadağası tələb olunan millət vəkilləri ilə bağlı qərar maraq mövzusudur. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qərar verildiyi təqdirdə, Türkiyə siyasi arenasında, hansı ssenarilərin olacağı maraq cəlb edir.
Ali Apellyasiya Məhkəməsi Baş Prokurorluğu tərəfindən, HDP-nin ləğvi tələbi ilə, Konstitusiya Məhkəməsində qaldırılan iddiada, 685 HDP üzvünə 5 il müddətinə siyasət qadağan edilməsi istənildi. Siyasətdəki varlığının, qadağan edilməsi istənən 685 nəfər arasında, hələ vəzifələrində olan 55 HDP millət vəkili də var. HDP hələ plan təyin etməyib, lakin həmsədrlərdən, yerlərindən istefa edib əlavə seçkilərin keçirilməsinin mümkünlüyü barədə araşdırma istəyib. HDP həmsədri Mithat Sankar, "Bizim belə bir gündəmimiz yoxdur, bunlar boş mühəndislik müzakirələridir"-deyərək, fikrini tamamlayıb.
Ali Məhkəmə, millət vəkillərinə siyasi qadağa qoyulmasına qərar verərsə, siyasətdə qadağan edilmiş şəxslər 5 il müddətinə heç bir siyasi fəaliyyət göstərə bilməz. 55 HDP üzvü, siyasət qadağası edilməsinə məhkum edilərsə, TBMM-də boş qalan yerlərin sayı 71-ə çatacaq. Bu vəziyyətdə əlavə seçkilər gündəmə gətirilə bilər.
Zərdüşt Quluzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB