Finlandiya paytaxtında təşkil edilən COVID məhdudiyyətlərinə qarşı keçirilən nümayiş zamanı 60 nəfər nəzarətə alınıb. SİA xəbər verir ki, bu barədə Helsinki polis komissarı Jarmo Heinonen məlumat verib.
Məlumatda qeyd olunur ki, əvvəllər də hüquq-mühafizə orqanları Finlandiya paytaxtında koronavirus məhdudiyyətlərinə qarşı keçirilən mitinqdə təxminən 300 nəfərin iştirak etdiyini bildirmişdi. Həmçinin, tədbirin əvvəlki nümayişlərin davamı olduğu nəzərə çatdırılır.
"Polis koronavirus məhdudiyyətlərinə etiraz edən 60 nəfəri həbs edib. Bir nəfər polisə kobud və sərt şəkildə müqavimət göstərməkdə şübhəli bilinir. Digər məhbuslar da polisə müqavimət göstərdiklərinə görə cərimələnəcəklər", deyə Helsinki polis komissarı bildirib.
Xatırladaq ki, Finlandiyada hal-hazırda koronavirus epidemioloji vəziyyət səbəbi ilə altı nəfərdən çox adamın qrup halında toplaşmasını qadağan edən məhdudiyyətlər tətbiq edilir. Buna etiraz edən ölkə vətəndaşları da bir-birinin ardınca nümayişlər, mitinqlər keçirir, narazılıqlarını ifadə edirlər. Helsinki polisinin nümayiş iştirakçılarına qarşı sərt davrandığı və hər dəfə də onları həbs etməsi hüquq-mühafizə orqanları səlahiyyətliləri tərəfindən etiraf da edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB