"Əsrlər boyu apardığımız mübarizə heçə döndü" Senor Asratyan

"Əsrlər boyu apardığımız mübarizə heçə döndü" Senor Asratyan

"Gələcəkdə bütün olanlara, bütün bunlara necə haqq qazandırılacağını bilmirəm, amma bugünkü reallıq budur ki, baş verənlərin fonunda hər şeyi itirdik, erməni cəmiyyəti bölündü və biz milli ləyaqətimizi tədricən itirməyə və Nikolizmin dibinə yuvarlanmağa başladıq". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri qondarma respublikanın müdafiə ordusunun keçmiş mətbuat katibi, polkovnik Senor Asratyan deyib.

O, etiraf edib ki, sadəlöhv kütlələrin hissləri ilə uzun illər oynanılıb.
"Əsrlər boyu apardığımız mübarizəmiz heçə döndü və qazandığımız saydığımızı itirdik. İllər uzunu damla-damla yaradılan fikirlər heç oldu. Sonunda bütün xalq Qarabağın Ermənistan olmadığı qənaətinə söz-söhbət sayəsində deyil, Nikolun sayəsində gəldi", deyə polkovnik Senor Asratyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə