“Rusiya sıxışdırılmış vəziyyətdədir” MÜSAHİBƏ

“Rusiya sıxışdırılmış vəziyyətdədir” MÜSAHİBƏ

SİA hərbi ekspert Ədalət Verdiyevin müsahibəsini təqdim edir:

-ABŞ prezidenti Co Bayden qondarma erməni soyqırımı ilə bağlı fkirini dilə gətirdi. Baydenin erməni soyqırım bəyanatı verməyinə nə vadar etdi?

- Təbii ki, burada erməni lobbisinin fəaliyyətinin aktivləşdirdiyi qeyd olunsa da, Demokratlar Respublikaçılara nisbətən erməni lobbisi ilə çox yaxın əməkdaşlıq edirlər və əlaqələri daha güclüdür.

"Erməni soyqırımı" ifadəsini ilk dəfə dilə gətirən Bayden Türkiyənin Rusiyadan silah almasını həzm edə bilmədi. ABŞ və Rusiya iki rəqib ölkədir. Lakin qeyd edim ki, dünyada yeni bir güc mərkəzi yaranır və bu mərkəz Türkiyədir. Türkiyə Orta Asiyada, Qafqazlarda günü-gündən mövqeyini möhkəmlətməklə bərabər həm də, Yaxın Şərqdə söz sahibidir. Dünyanın 5-6 qaynar nöqtəsində zəifləyən ABŞ və Rusiya mövqelərinə bir alternativ olaraq ortaya çıxdı. Bayden administrasiyası Türkiyəni günahlandırmazdan əvvəl öz tarixlərinə baxsınlar. Qeyd edim ki, Osmanlıdan deportasiya olan ermənilər o zamanın reallıqları nəticəsində deportasiya olub.

-Bundan sonra Türkiyə ABŞ-a qarşı hansı addımlarla cavab verəcək?

-Baydenin bəyanatına diqqət etsək görərik ki, Türkiyəyə çox toxunmayıb. Çünki, Bayden gələcək olan reaksiyaları bilirdi və yumuşaltmağa çalışırdı. Türkiyə isə məsələni qəlizləşdirmək istəmədi. Türkiyə ABŞ görüşündən sonra münasibətlər aydınlaşacaq. Düşünürəm ki, görüşdə bu məsələ müzakirə olunacaq və Bayden tərəfindən düzəldilməsinə nail olunacaq. Bu qərar qarşısı alınmazsa yalnış bir president yaradacaq.

-Bu yaxınlarda Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Rusiyaya səfəri gözlənilir. Bunları bir-birinə bağlayan hansısa məqamlar varmı?

-Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərində gözlənilən mümkün müzakirə mövzularından biri "İsgəndər-M"-lə bağlı məntiqli bir açıqlamanın olmamasıdır. Müzakirə olunan məsələlər ictimaiyyət tərəfindən narahatlıq doğuran məqamlardır. Lavrov Azərbaycana gələn zaman bu məsələni təqdim etməlidir. İkinci məsələ, Qarabağda qalan erməni silahlı birləşmələrinin çıxarılmasını təmin etməlidir. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun səfərinə gəldikdə isə müzakirə olunan mövzular arasında böyük ehtimalla həm sülhməramlıların fəaliyyəti ilə bağlı birgə monitorq mərkəzinin əldə etdiyi məlumatlar və çatışmazlıqların aradan qaldırılması, həm də Rusiyaya tətbiq olunan silah embarqosu haqqında məsələlər olacaq. Türkiyə və Azərbaycanın Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlığı var və bu məsələ regiona təsirsiz ötüşməyəcək. Türkiyəyə Rusiyadan S-400-dən başqa ciddi silahlar ixrac edilməyib. Azərbaycanın ən böyük idxalçısı Rusiya deyil. İsrail, Türkiyə və Ukraniya silahlarına üstünlük vermişik.

-Amerikanın bu addımı həm də Zəngəzur dəhlizinə atılmış addımdır. Bayden həqiqətən Zəngəzur dəhlizinin açılmasını istəmir?

-Ümumiyyətlə, yeni bir güc mərkəzi və yeni bir qurşaq var. Türkiyənin Orta Asiyadan keçməklə Əfqanıstana, Hindistana, Çinə əlaqəsi üçün real şərait yaranır. Həm də sanksiyalar altında boğulan Rusiya üçün Türkiyə vasitəsi ilə qərb bazarına çıxmaq üçün maşurut yaranır.

Rusiya və Türkiyə əməkdaşlıq etsə də bəlli bir rəqabət də aralarında var. Rusiya özü Türkiyənin bu qədər böyüməsini Orta Asiyada hərbi təlimlər keçməsini həzm edə bilmir. Rusiya sıxışdırılmış vəziyyətdədir.

Türkiyə ərazisində olan 15 ədəd ABŞ və NATO obyektini çıxarmağı düşünməz. Çünki burda Yunanıstan faktoru var. Yunanıstan bəyan edir ki, həmin bazaları ərazimdə yerləşdirməyə hazıram. ABŞ-la münasibətləri pozmadan işlərini görməlidir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə