Trampın məkrli çıxışı nəticəsində sivil vətəndaşlar atəşə məruz qalıb TƏHLİL
Siyasətlə heç vaxt iç-içə olmayan Donald Tramp, Amerikada seçimlərin qalibi olarkən, bir çox siyasi mütəxəssisə onun siyasi səriştəsi şübhəli görünürdü. Amma ondan bu qədərini də, heç kim gözləmirdi. Söhbət onun yaratdığı Kapitoli mühasirəsindən gedir. Beləki Donald Tramp yanvar 2020-ci il, çərşənbə günü, tərəfdarlarının iştirakı ilə ABŞ-da Kapitolidə baş verən etiraz mühasirəsinə səbəb olub. Nəticədə konstitusiyaya görə toxunulmaz sayılan bir sıra dövlət xadimlərinin və konqresmenin həyatını təhlükəyə atıb.
Konqresmen Mark DeSaulnieri, çərşənbə günü Tramp tərəfdarları tərəfindən ABŞ Kapitoli binasının mühasirəyə alınmasından sonra 25-ci düzəlişin "Prezident nəzarətdən çıxdığı üçün dərhal geri çağırılmalı olduğunu" xatırlatdı. Belə ki, "vitse-prezident və Nazirlər Kabineti bunu etməkdən imtina edərsə, Donald Tramp mümkün qədər sürətlə impiçment edilməlidir" dedi. Kapitolinin, ABŞ-ın hazırkı Prezidenti tərəfindən qəsdən təhrik edilən bir dəstə tərəfindən işğal edildiyi, rəsmən aydın idi. Daha böyük qırğın və insan itkisinin olmaması sadəcə möcüzədir. Donald Tramp vəzifəsində bir an daha olmamalı və bir daha vəzifəyə gəlməsinə icazə verilməməlidir. Donald Tramp müqəddəs andını murdarladı. Məhz onun məkrli çıxışı nəticəsində sivil vətəndaşlar atəşə məruz qalıb.
DeSaulnieri, Tramp tərəfdarlarını seçki saxtakarlığı ilə bağlı əsassız iddialarını təkrarladığı bir mitinqdə təhrik etməkdə günahlandırır. Mühasirədə olan DeSaulineri, ABŞ-ın Kapitoli otaqlarının birində idi və seçkilərin təsdiqlənməsi ilə bağlı konqres müzakirələrinin başlanmasını gözləyirdi ki, bu da Joe Bideni 46-cı Prezident kimi təsdiqləyirdi. Hadisə ilə bağlı sosial mediada video yeniləmələr təqdim edən DeSaulnieri, Prezident Trampın tərəfdarlarına etdiyi müraciət nitqini izlədiyini və daha sonrasında tərəfdarlarının buraya gəlməyə başladıqlarını qeyd edib. "Çəmənin ön tərəfindəki bardurda olan barrikadaları dağıltdılar", "Sonra daha da yaxınlaşdılar və daha çox barrikadaları keçməyə məcbur oldular daha sonra bu tərəfdəki çəpərdən keçmək üçün pilləkənlərə qalxdılar. Onları məndən aşağıda olan bu giriş yolundan saxlaya bilən Kapitol polisinin olduqca yaxşı bir kontingenti var idi’’ deyə bildirdi. Konqresmen deyir ki, "Qəzəbli səslər, dava-dalaş, kilidli qapılara zərbə endirərək içəri can atan bəzi insanları eşidənə qədər çox da narahat deyildim" dedi. "Sonra başa düşdüm ki, izdiham Amerikanın özünü-idarə sanatoriyasına və məhv etmək istədikləri demokratiyaya çatıb. Donub qalmışdıq və susqun idik. Mühasirəyə qarşı hüquq-mühafizə orqanlarının cavab tədbirləri nəzərdən keçirilməli olduğu halda, ABŞ Kapitoli polisi işçilərinin binada insanları qorumaqla "tam məşğul olduqlarını" gördüm".
Həmin gün DeSaulnieri və işçilərini təhlükəsiz bir yerə apardılar, burada bir neçə saat qaldılar və xəbərləri izlədilər. DeSaulnieri bildirir ki, "Son dörd ildə və sonrasında ondan gördüklərimiz, qanunun aliliyinə və Konstitusiyaya özünə yaraşan hallar xaricində açıq bir hörmətsizlikdir". DeSaulnieri bugünkü açıqlamasında: "Bunu buraxa bilmərik. Tarix onu bağışlamayacaq və sussaq bizi bağışlamayacaq".
Gördüyümüz kimi populizm bir virus kimi yayılmaqdadır. O hətta Amerika kimi dövlətin dayaqlarını da lərzəyə sala bilər. Necə ki, keçən aylarda Kapitoli silkələnirdi. Bu silkələnməyə səbəb olmuş populist liderin isə gözü dönmüşdü. Ona yanlız hakimiyyəti və mövqeyi cazib gəlirdi. Donald Trampın bu təxribatları davam edərsə, hətta vətəndaş müharibəsi ilə sonlana bilərdi. O xalqın siyasi cəhalətindən yararlanıb, Kapitolidə tam bir xaos yaratmışdı. Kütləyə isə, yalnızca eşitmək istədiklərini və eşitməsi gərəkənləri fısıldayırdı. Populizmlə bağlı kitab olsaydı cildin üzərində yəqin ki, Trampın fotosu olmalıdır. Demək olar ki, Donald Trampı siyasətdən uzaq olan adamlar tərəfindən belə tanınır. O bu məhşurluq sayəsində inam və demaqojika əldə edir. Məsələn bu yaxınlarda Donald Tramp jurnallarda model olan xanımının fotosunun üz qabığı olmamasını təndiq edirdi. O bu fəndlə kütlənin diqqətini öz üzərinə peşəkarca çəkmişdi. Populist siyasətçilər hətta arvadları sayəsində də gündəmdə qalmağa çalışırlar. Onlar bu yolla bir növ dəb olaraq qalırlar. Bu da bir növ demaqojik populizmdir. Donald Tramp öz eqosunu elə səviyyəyə gətirmişdi ki, onun öz fikir ayrılıqları belə özünə xoş gəlmirdi. Nəticədə o seçkidəki məğlubiyyəti də qəbul etmədi. Xoşbəxtlikdən o daha çox alçalmamaq üçün susmağa qərar verdi. Digər ehtimallarda isə, biz, ya Amerikadaki dövlət çevrilişi, ya da həbs olunmuş Donald Tramp barədə danışırdıq.
Heç kimə gizli deyil ki, Amerikanın başqa dövlətlərdə ən çox axtardığı şəffaf seçki sistemi idi. Maraqlıdır ki, görəsən bu hadisədən sonra da, Amerika digər dövlətlərin seçki sisteminə dil uzadacaq? Amma bu dövlət özündə olmayanları başqalarında axtarmağa alışıb. Necə ki, amerikalılar deyir: ‘’Ən yaxşı yerli, ölü yerlidir‘’ və həmin amerikalıların nəvələri, türkləri indi qondarma soyqırım ilə günahlandırır. Yerli dedikdə Amerika materikinin ilk sakinləri olan qızıl-dərili, hindu qəbilələri nəzərdə tutulur. Fikrimcə bu daha böyük bir müzakirə mövzusu ola bilər.
Zərdüşt Quluzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB