Fransa, demək olar ki, bütün dövrlərdə siyasi sfera baxımından sabit bir dövr keçirməyib. Belə ki, Avropada fundamental dəyişikliklər yaradan “Burjua inqilabı”, “Böyük Fransa inqilabı-Revolution française” və s. inqilablar bu ölkədə baş verib. Bu isə heç də təsadüf deyildir. Çünki 18-ci əsrin ortalarından başlayan marifçi hərəkatı tətikləyən elm xadimləri fransız olubdur. Jan Jak Russo, Monteskyo və bir sıra siyasi-fəlsəfə xadimlərini buna misal göstərmək olar.
Digər tərəfdən, burjua sinfinin zülmləri, hakimiyyətin avtoritarlığı isə qəzəbli xalqı inqilabın keşiyinə gətirmişdi. Daha sonrasında isə, bu vəziyyətdən yararlanan liderlər vəziyyəti faciəyə sürükləyirdilər. Buna Napaleonu da misal göstərmək olar. Belə ki, 1-ci dünya mühəribəsi baş verənədək onun yaratdığı müharibə dünya müharibəsi adlanırdı. Daha sonrakı yüzilliklərdə fransızlar öz müstəmləkələrini kütləvi qırğınlar hesabına saxlamağa cəhd edirdilər. Əlcəzair hadisələri buna ən böyük misallardan biridir.
Deməli, belə demək olar ki, sabit siyasi sfera olmadıqda kimlərsə bundan istifadə edir və faciələrə yol açırlar. Belə görünür ki, Emmanuel Makron da bu siyasi xaosdan yararlanmaq niyyətindədir. Bəlli olur ki, o, xalqın miqrantlara qarşı olan qıcıqlarından məharətlə istifadə edib, miqrant axınlarına qarşı kifayət qədər mərhəmətsiz qərarlar çıxarmağa çalışmaqdadır. Eyni zamanda, onun anti-islam məsələsini yumşaltmaq yerinə, daha da qabartması, aktuallaşdırmağa çalışması, göz önündə idi. Makronun gördüyü tədbirlərə baxdıqda isə burada sağ yönümlü məqsədlər rahatlıqla sezilirdi. Maraqlısı budur ki, ölkənin seçimlərində Makrondan sonra ən çox say toplayanlardan biri də, daha da sağ yönümlü olan Marina Le Pen idi. Başda Fransa olmaqla, Qərbdə siyasi spekturumun sağ tərəfinin yüklənməsi diqqəti cəlb edir. Radikallaşmaqda olan sağ cərəyanların anti-islam, anti-miqrant, anti-multikultural tədbirləri azmış kimi, digər ölkələrə də demokratiya dərsi keçmək niyyətindədilər.
2-ci Qarabağ müharibəsində isə, Fransa özünün faşist dəstəkçisi mövqeyini sərgilədi. Maraqlıdır ki, öz ölkəsində asayişi bərqərar edə bilməyən, bir vaxtlar öz müstəmləkələrində qan gölü yaradan bu ölkə, niyə Azərbaycanı militarizmdə günahlandırırdı. Belə demək olar ki, xaoslar vətəni Fransa, heç də ədalətli siyasət yürütmür.
Fransanın öz halına gəldikdə isə, siyasi ekspertlərə görə, buradaki xaos səngiyən deyil. Bu vəziyyətin inqilaba dönüşməsi də gözləniləndir. Ən şiddətli halda, bu cərəyan qloballaşa və bütün Avropanı öz ağuşuna ala bilər. Belə demək olar ki, azadlığın yan təsiri olan sabitsizlik öz yerini silsiləli faciələrə buraxa bilər.
Müəllif: Zərdüşt Quluzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB