Sergey Lavrovun Azərbaycana gəlişinin SƏBƏBLƏRİ - HƏRBİ EKSPERT AÇIQLADI
"Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərində gözlənilən mümkün müzakirə mövzularından biri “İsgəndər-M”-lə bağlı məntiqli bir açıqlamanın olmamasıdır. Müzakirə olunan məsələlər ictimaiyyət tərəfindən narahatlıq doğuran məqamlardır". Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Hərbi ekspertin sözlərinə görə, Lavrov Azərbaycana gələn zaman bu məsələni təqdim etməlidir: "İkinci məsələ, Qarabağda qalan erməni silahlı birləşmələrinin çıxarılmasını təmin etməlidir. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun səfərinə gəldikdə isə müzakirə olunan mövzular arasında böyük ehtimalla həm sülhməramlıların fəaliyyəti ilə bağlı birgə monitorq mərkəzinin əldə etdiyi məlumatlar və çatışmazlıqların aradan qaldırılması, həm də Rusiyaya tətbiq olunan silah embarqosu haqqında məsələlər olacaq. Türkiyə və Azərbaycanın Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlığı var və bu məsələ regiona təsirsiz ötüşməyəcək. Türkiyəyə Rusiyadan S-400-dən başqa ciddi silahlar ixrac edilməyib. Azərbaycanın ən böyük idxalçısı Rusiya deyil. İsrail, Türkiyə və Ukraniya silahlarına üstünlük vermişik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB