Etirazçılar ABŞ prezidenti Co Baydenin çıxışını, xüsusi cəzaçəkmə müəssisələrinin bağlanmasına çağıran qışqırıqlarla dayandırıblar, onun çıxış etməsinə imkan verməyiblər. SİA xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
Məlumata görə, Bayden, prezidentliyinin yüzüncü günü tərəfdarları ilə görüşüb və çıxışı zamanı ABŞ prezidenti qazandığı uğurlardan, gələcək planlarından danışıb. Etirazçılar isə, Bayden yeni başlayandan bir müddət sonra, "Həbsləri dərhal dayandırın!", "Miqrasiya - Gömrük Polisini ləğv edin!", fikirlərini səsləndirməyə, qışqırmağa başlayıblar. Bayden çıxışını davam etdirməyə çalışıb, amma qışqırıqlar dayanmayıb.
"Sizinlə razıyam. Bunun üzərində işləyirəm. Mənə beş gün daha vaxt verin", deyə Bayden qışqırıqlara cavab olaraq bildirib.
Daha sonra o izah etməyə çalışıb ki, izdiham etirazçıları xüsusi həbsxanalara qarşıdırlar. "Siz onların nədən danışdıqlarını bilirsiniz. Xüsusi həbsxanalar olmamalıdır, nöqtə. Belə şey ola bilməz. Bunlar, xüsusi həbsxanalardan danışırlar. Olmamalıdılar və hamısını bağlamağa çalışırıq. Mən sizə söz verirəm", deyə Bayden, sonra nitqinə davam edib.
Xatırladaq ki, hakimiyyətə gəldikdən dərhal sonra Bayden, ABŞ Baş prokuroruna xüsusi həbsxanalarla müqavilələrini yeniləməməyi əmr edən bir fərman imzalayıb. Araşdırmaya istinad edən Bayden, bu həbsxanaların dövlət həbsxanalarından "daha az insan və daha az təhlükəsiz" olduğunu söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB