Hakim partiyanın daha bir üzvü mandatından imtina etdi ERMƏNİSTANDA
İrəvan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasının üzvü Anna Cavaxyan səlahiyyətlərinə xitam verib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, A. Cavaxyan bu barədə öz Facebook səhifəsində yayımlayıb.
“İrəvan Ağsaqqallar Şurasında səlahiyyətlərə xitam verilməsi barədə qərar verdim. Xahiş edirəm qərarımı qəbul edin”, deyə Anna Cavaxyan öz sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, Ermənistanda hakim partiyanın üzvlərinin çoxdandır ki, mandatlarından imtina etməsi müşahidə edilir. Doğrudur, hər bir partiya üzvü bunu özünəməxsus şəkildə izah etməyə çalışır. Amma, onların həqiqətən də Ermənistan hökumətindən narazılıqları səbəbindən istefa verdikləri bəllidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB