Müdafiə Nazirliyində görüş keçirilib FOTO

Müdafiə Nazirliyində görüş keçirilib FOTO

Müdafiə Nazirliyində vahid kommunikasiya strategiyasının təkmilləşdirilməsinin müzakirəsi məqsədilə görüş keçirilib. Müdafiə Naziliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aprelin 29-da Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində nazirliyin vahid kommunikasiya strategiyasının təkmilləşdirilməsinin müzakirəsi məqsədilə görüş keçirilib.

Görüşdə Müdafiə Nazirliyinin müxtəlif müəssisə və təşkilatlarından cəlb olunan zabit heyəti kommunikasiya strategiyasının təkmilləşdirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparıb.

Təcrübələrin toplanılması və öyrənilməsi, analiz metodları, qiymətləndirmə və digər mövzulara dair sindikatlar keçirilib.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə