“Erməni cəmiyyətinin yalanlara dözümlü olacağını düşünmürdüm” Koçaryan
“Cəmiyyətimizin yalanlara bu qədər dözümlü olacağını, qeyri-peşəkarlığa qarşı bu qədər dözümlü ola biləcəyini düşünmürdüm. Bu mənim üçün bir kəşf oldu". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistan Respublikasının ikinci prezidenti Robert Koçaryan tərəfdarları ilə görüşündə söyləyib.
O, qeyd edib ki, bu iki fenomenə qarşı tolerantlıq davam edərsə, cəmiyyət heç vaxt düzəlməyəcəkdir.
“Ölkənin birinci şəxsi heç vaxt belə bir çıxış etməmişdi və onun aldatmalarından 15 dəqiqə sonra yenidən aldadılırlar, amma yenə də çox sayda tərəfdarı var ki, bu, normal deyil.
Məmurun yalanı cinayət cəzasının predmeti olmalıdır. Qanunla sübut olunduğu halda, bir məmurun yalan danışması, məsələn, heç olmasa, vəzifəsini itirməsi, beş il ərzində heç bir dövlət vəzifəsində çalışmaq hüququna malik olmaması kimi məcəlləyə daxil edilməlidir. Bu cür sərt metodlardan istifadə etmək lazımdır”-deyə, Ermənistan Respublikasının ikinci prezidenti bildirib.
R.Koçaryan qeyd edib ki, ömründə heç vaxt üç nəfərə rəhbərlik etməmiş bir adamın baş nazir təyin olunması heyrətamiz bir şeydir və yanlışlıqlar da bütün bunların nəticəsidir.
“Bu adam bir ictimai etiraz olduğunu da görmür və bu özü də normal deyil”, deyə Koçaryan əlavə edib.
Robert Koçaryan, ermənilərin bu halları dəyişdirməyəcəyi təqdirdi, erməni cəmiyyətinin sağalmasının mümkünsüzlüyünü vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB