"Paşinyan qanunsuz olaraq..." VƏKİL

"Paşinyan qanunsuz olaraq..." VƏKİL

Baş nazir istefa edərsə, o zaman hökumət başçısının hüquqları və vəzifələri ilə təmin edilə bilməz və vəzifələrini icra etmək statusu da daxil olmaqla öz funksiyalarını yerinə yetirməməlidir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri vəkil Artur Hovhannisyan 30 aprel müzakirəsi zamanı söyləyib.

Onun sözlərinə görə, bu, həmin şəxsin də baş nazirin qanunda nəzərdə tutulmuş imtiyazlarından istifadə etmək hüququna malik olmadığını göstərir.

“Qanuna görə, yalnız baş nazirin müvafiq sosial və digər təminatlardan istifadə etmək hüququ vardır. Bu o deməkdir ki, Nikol Paşinyan indiki kimi baş nazirin təyyarələrindən, bağ evlərindən və digər üstünlüklərindən, imkanlarından istifadə etmək hüququna malik deyil. Bu qanunsuzluqdur”, deyə vəkil bildirib.

Xatırladaq ki, 25 apreldə Paşinyan istefa verərək, Ermənistanda erkən parlament seçkilərinin keçiriləcəyini elan edib. O, qeyd edib ki, bütün bu müddətdə Nazirlər Kabineti rəhbərinin vəzifələrini icra edəcəkdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə