Bu məsələdə rus və türk siyasəti müəyyən mənada çatlar verir
Baxmayaraq ki, Qərbin bir çox siyasi icmalçı və şərhçiləri Türkiyə və Rusiya prezidentlərinin bir yerdə işbirliyi qurduqları barədə fikirlər bildirirlərsə, tarix bir sıra fərqli məsələləri göstərir. Belə ki, əslində Rusiya və Türkiyə arasındakı işbirliyi belə rəqabətə hesablanmış siyasətin bir parçasıdır.
Xüsusilə, son vaxtların geosiyasi olayları bu barədə xatırlatmalar edir. Lakin daha bir vilayət də var ki, onun ətrafında cərəyan edən hadisələr sözügedən məsələni qabardır. Bu məsələdə rus və türk siyasəti müəyyən mənada çatlar verir – Moldovanın cənubunda yerləşən muxtar ərazi vahidi Qaqauziya.
Qaqauziya – coğrafi cəhətdən böyük olmayan regiondur və orada 160 000-nə yaxın insan yaşayır. Qaqauzlar həm etnik, həm də linqvistik olaraq türk xalqıdır, ancaq dini cərəyanları xrtistianlığın ortodoks (pravoslav) qoluna məxsusdur. Qaqauz dili ilə yanaşı onların ümumi danışıq dilləri rus dilidir.
Rusiyanın Qaqauziyadakı rahatlığı pozula da bilər, belə ki, arxa həyətdə Türkiyə dayanıb və Ankarının geosiyasi planları bu regiona doğru da işləməyə başlayıb
Bu gün Qaqauziya Moldovanın kasıb regionu sayılır və olduqca rusiyapərəstliyi ilə seçilir. Rusiyanın Moldovaya təsiri isə yenilik deyil. Təkcə Dnestryanı (Pridnestrovye) regiona baxmaq kifayət edər. Lakin son proseslər göstərir ki, Rusiyanın Qaqauziyadakı təsir günləri nə zamansa, hətta çox yaxın vaxtlarda sona çata bilər – bəli, məhz Türkiyənin təsir dairəsinin genişləndiyi bir zamanda.
Yəni bu region da Moskva ilə Ankaranın rəqabət yerinə çevrilməyə başlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin vaxtilə Osmanlı impresiyasının nəzdində olan ərazilərə təsir imkanlarını maksimallaşdırmağa çalışır. Ona görə də Rusiyanın Qaqauziyadakı rahatlığı pozula da bilər, belə ki, arxa həyətdə Türkiyə dayanıb və Ankarının geosiyasi planları bu regiona doğru da işləməyə başlayıb. Bunun üçün isə artıq ilkin addımlar da atılıb.
Türkiyə iqtisadiyyatının Qaqauziyaya mümkün potensiallarını ötürür, bu sahədəki əməkdaşlıq imkanlarını artırır
Misal üçün, Türkiyə nəinki Moldova ilə, həmçinin Qaqauziya ilə münasibətlərin möhkəmləndirilməsi tşəbbüsləri ilə çıxışlar edir. 2016-cı ildə Moldova ilə Türkiyə arasında azad ticarətlə bağlı saziş imzalanıb və bu da Türkiyə iqtisadiyyatının Qaqauziyaya mümkün potensiallarını ötürür, bu sahədəki əməkdaşlıq imkanlarını artırır. Son beş ildə isə Qaqauziyadan Türkiyəyə ixracın həcmi 3/2 dəfə artıb.
Son illərdə Türkiyə Qaqauziyada yeni xəstəxanalar, məktəblər, mədəniyyət və təhsil mərkəzləri sferasında layihələrini icra edir. 2018-ci ildə prezident Ərdoğan Moldovaya rəsmi səfəri zamanı Qaqauziyanı ziyarət edib. 2020-ci ilin avqustunda isə Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Qaqauziyaya səfəri əsnasında yeni konsulluğun açılışında iştirak edib. Bu ilin fevralında Qaqauziya muxtar ərazi vahidinin başqanı (qubernatoru) Irina Vlax Ankaranı ziyarət edib və prezident Ərdoğanla təkbətək görüş keçirib. O, jurnalistlər qarşısında çıxışı zamanı deyib: “Türkiyənin qaqauz xalqını dəstəkləməsinin qiyməti yoxdur. Biz Türkiyənin dəstəyini səmimi olaraq qiymətləndiririk”.
Rusiya regiona olan tarixi bağlılığını öz maraqları daxilində istifadə edir
Türkiyə və Rusiya Qaqauziya məsələsindəki yanaşmalarında müxtəlif siyasət aparırlar. Rusiya daha çox siyasətə önəm verməklə siyasi partiyaları və namizədləri maliyyələşdirir. Rusiya həmçinin regiona olan tarixi bağlılığını öz maraqları daxilində istifadə edir.
Başqa tərəfdən, Türkiyə Qaqauziyada yumşaq gücdən istifadə etməyə üstünlük verir. Ankara Qaqauziya ilə Türkiyə arasında mədəni əməkdaşlığın dərinləşməsinə çalşır, eləcə də iqtisadi əlaqələrə üstünlük verir. B siyasət orada yaşayan insanlara mümkün təsirlərini göstərir. Lakin hər şeyə rəğmən, rus-türk rəqabəti hər zaman olduğu kimi qalmaqda davam edəcək, Qaqauziya isə hət iki tərəfin diqqət mərkəzində qalacaq.
Ancaq fakt budur ki, 700 kvadrat milə sahib olan kçik Qaqauziya regional siyasətdə nəhəng rol oynaya bilər. Ukraynanın təhlükəsizliyi, Qara dənizdəki sabitliyə gələndə isə yaranan rus-türk rəqabətində Qaqauziya regionun geosiyasi cəhətdən ən çətin bir ərazisinə çevrilir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB