"44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq Qələbə qazanması və Ermənistanın kapitulyasiya aktına imza atması Ermənistan daxilində böyük böhrana yol açıb. Bu gün Ermənistanda bütün sahələr tənəzzülə uğrayıb, hakimiyyət uğrunda mübarizə daha da dərinləşib". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
O bildirib ki, Ermənistanda hökm sürən xaos, anarxiya və eyni zamanda, vətəndaş qarşıdurması ilə müşayiət olunan böhranlar bu ölkənin baş naziri Nikol Paşinyanın iyun ayında keçirilməsi nəzərdə tutulan seçkilərlə bağlı istefa verməsindən sonra daha da dərinləşib: "Bu gün Ermənistanın daxilindəki vəziyyət Paşinyanın istefasından sonra daha da ağırlaşıb. Hakimiyyət uğrunda mübarizə aparmaq üçün müxtəlif ritorikalardan istifadə olunur. Bir tərəf revanşist düşüncə ilə hakimiyyətə gəlmək niyyətində olsa da, digər tərəf tamamilə fərqli mövqe nümayiş etdirir".
C.Osmanov qeyd edib ki, hazırda Ermənistanın daxilində baş verən qarşıdurmalar iyun ayında keçiriləcək seçkilərə qədər daha da mürəkkəbləşəcək, xaotik vəziyyət alacaq: "Bir sözlə, ifadə etsək, yaxın aylarda Ermənistanda vətəndaş qarşıdurması daha da şiddətlənəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB