Avropa İttifaqı terroru dəstəkləyir (?!) ANALİTİK+AKTUAL

Avropa İttifaqı terroru dəstəkləyir (?!) ANALİTİK+AKTUAL

Qurumun Azərbaycandan ağlasığmaz tələbi məhz bu cür qənaətə gəlməyə zəmin yaradır

Avropanın, xüsusilə Qərb "dəyərlərinin" son zamanlar aşkar şəkildə xristian klubu obrazında çıxış etməsi, eləcə də islamafob, ksenofob baxışlarını siyasi kontekstdən nümayiş etdirməsi demək olar ki, sürəkli hal alıb və dünya ictimaiyyəti bu reallığı kifayət qədər rahat müşahidə etməkdədir. Əslində, belə bir yanlış siyasət addımları Avropa İttifaqı (Aİ) tərəfindən daha əvvəllər cüzi görünürdüsə, məsələn, Yaxın Şərq üzrə siyasətində öz maraqlarını təmin etmək üçün hətta gizli şəkildə radikal dini terror qruplarına dəstək göstərirdisə, indi bu kimi hallar açıq forma almağa başlayıb.

Aİ-nin islamofob siyasəti ilə yanaşı, ayrıca antitürk siyasəti mövcuddur

Məsələn, Ankaranın öz sərhədlərini mümkün təhlükələrdən qorumaq məqsədi ilə, eləcə də hüquqi çərçivədə Suriya və İraq ərazisində apardığı anti-terror əməliyyatları başlayar-başlamaz Aİ dərhal anti-Türkiyə xarakterli bəyanatlar səsləndirməyə başlayır, üstəlik, öz təbirincə Ankaranın ədalətli və haqlı siyasətinə fərqli don geyindirməyə cəhdlər göstərir. Buradan həm də növbəti məsələ ortaya çıxır – Aİ-nin islamofob siyasəti ilə yanaşı, ayrıca antitürk siyasəti mövcuddur və əlinə düşən hər imkanda hətta islamçılıq pərdəsi altında fəaliyyət göstərən terror təşkilatlarını öz kirli məqsədləri naminə istifadə edir. Belə faktlar isə çoxdur, hətta lap çox...

Bu gün eyni zamanda, Aİ-nin məhz antitürk siyasəti kontekstində ermənilərin hay-havarlarına qoşularaq Azərbaycandan hər hansı bir tələblər etməsi, Bakıya qarşı sözün əsl mənasında həyasızlıq nümayiş etdirməsi heç bir çərçivəyə sığmır. Hətta Aİ-nin açıq-aydın terrora dəstək göstərməsini isbatlamış olur.

Maraqlıdır ki, Aİ nə zamandan və hansı üstün əməllərinə görə Azərbaycan qarşısında erməni terrorçularının maraqlarından çıxış etməklə öz təbirincə şərtlər irəli sürür?

Misal üçün, bu gün Aİ-nin Ermənistana qahmar çıxması, Azərbaycan, Rusiya və Ermənistan ölkə başçıları tərəfindən imzalanan üçtərəfli bəyanatdan sonra əsirlərin qaytarılması məsələsində sözügedən siyasi həyasızlığa yol verməsi qəbulolunmaz bir məsələdir. Daha dəqiq desək, bu gün Aİ məhz atəşkəs sənədi imzalandıqdan günlər sonra (!) Azərbaycanın suveren ərazilərinə terror-diversiya məqsədilə göndərilmiş və aşkar edilərək saxlanılmış erməni terrorçularının azadlığa buraxılmasını tələb edir (?!)

Təkcə həmin tələbin məzmununa nəzər yetirərsək, biz nəyin-necə olduğunu aydın şəkildə görmüş olarıq – Avropa İttifaqı hansı şəraitdə (?!) saxlanılmalarına baxmayaraq, Azərbaycanın hərbi əsirləri dərhal (?!) azad olunmalarını tələb edir və s...

Maraqlıdır ki, Aİ nə zamandan və hansı üstün əməllərinə görə Azərbaycan qarşısında erməni terrorçularının maraqlarından çıxış etməklə öz təbirincə şərtlər irəli sürür? Nəyə görə torpaqlarımız 30 il işğal altında qaldığı müddətcə Aİ Ermənistan qarşısında BMT-nin dörd qətnaməsini icra etmək tələbini qaldırmayıb? Yaxud, birinci Qarabağ müharibəsində minlərlə Azərbaycan vətəndaşlarının əsir və girov götürülməsi, bu günə qədər onlar barəsində məlumatın verilməməsi faktını haraya yazaq? O cümlədən, azərbaycanlılara qarşı törədilmiş soyqırımı faktları ilə bağlı Aİ indiyə qədər ciddi məsələ qaldırıbmı? Ermənistana qarşı hər hansı bir sərt ittihamlarda bulunubmu? Və..!

Nəyə görə hər gün insanlarımız minaların qurbanlarına çevrilirlər və buna görə Aİ bir dəfə də olsun Ermənistanı məzəmmət etmir?

Və ikinci Qarabağ müharibəsindən sonra Ermənistanın işğal etdiyi ərazilərimizdə xaotik şəkildə basdırdığı minalarının xəritələri noyabrın 10-dan hazırkı günədək niyə Azərbaycan tərəfinə verilmir? Nəyə görə hər gün insanlarımız minaların qurbanlarına çevrilirlər və buna görə Aİ bir dəfə də olsun Ermənistanı məzəmmət etmir? Sərf etmir? Yoxsa xristian klubunun yazılmamış qanunlarında belə bir müddəa yoxdur?

Əlbəttə ki, bütün bunlar bir-bir qeydə alınır və Aİ belə davam edərsə, nəinki Azərbaycan, eləcə də Türkiyə dövləti gözlənilən, müvafiq addımlarını ataraq bu xristian klubunun cavabını hüquqi qaydada verəcək. Artıq dünyada hər şey onların istədikləri kimi deyil və oyunların da qaydaları dəyişib. Yaxşı olardı ki, Aİ bu barədə düşünsün və nəticə hasil etsin, zatən öz daxillərindəki problemləri başlarından aşır. Götürək, Böyük Brtitaniyanın BREXİT-ini. Hər halda, Britaniya özünün əsrlərdən gələn dövlətçilik maraqlarını Avropanın axmaq maarqlarının güdazına vermək istəmədi. Çünki anladı ki, dövlətçilik maraqları əldən çıxa bilər.

Sabah-birigün növbəti ölkələr də düşdükləri Avropa "dəyərləri", iqtisadiyyatı və siyasəti fonunda yaxalarını bu qurumdan çəkməli olacaqlar. Bax onda hər şey bu xristian, iqrçi, islamofob, antikultural və antitolerant "iuttifaqının" tam əksinə gedəcək. Buna isə 100 faiz əmin ola bilərlər, əgər erməni terroruna, ümumilikdə isə terror reallıqlarına dolayısı ilə dəstək verməyə, daha dəqiq desək, beynəlxalq hüquqa tüpürməyə davam etsələr...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə