Sevil Yusifova: “Respublika Gününün ölkəmizin beynəlxalq arenada təqdim olunmasında çox böyük əhəmiyyəti var”- MÜNASİBƏT
"Respublika Gününün Azərbaycan üçün çox böyük əhəmiyyəti var". Bunu Jurnalist Qadınlar Assosiasiyasının (JQA) prezidenti Sevil Yusifova SİA-ya verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, xarici dövlətlərdə olan və orada keçirilən görüşlər zamanı Azərbaycanın Şərqdə ilk demokratik dövlət olması qürur, fəxr hissi ilə dilə gətirilir: "Yəni biz ilk olanlardanıq. Avropa ölkələrində olan zaman onlara deyəndə ki, Müstəqil Azərbaycan Cümhuriyyəti dövründə qadına seçmək və seçilmək hüququ verilmişdi, onlar buna təəccüb edirlər. Çünki həmin dövrdə heç Avropa dövlətlərində belə bir qanunlar yox idi, qadınlara bu cür imkanlar verilmirdi".
S. Yusifov qeyd edib ki, şərqli qadına olan münasibət demokratiyaya meyllilik, demokratiya qurmaq istəyi Azərbaycan xalqının kökündən, genindən gələn bir məsələdir.
Bir qadın olaraq Respublika Gününə xüsusi önəm verdiyini dilə gətirən JQA prezidenti vurğulayıb ki, bu günün gələcək nəsillərin tərbiyəsində, ölkəmizin beynəlxalq arenada təqdim olunmasında çox böyük əhəmiyyəti var: "Ona görə ki, Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. Bir cümlə ilə desək, bugün özlərini modern hesab edən ölkələrin bir çoxunun hələ də təmin edə bilmədiyi demokratik şəraiti 89 il bundan əvvəl Müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB