“Böyük alim, sədaqətli ömür gün yoldaşı” DƏYİRMİ MASA

“Böyük alim, sədaqətli ömür gün yoldaşı” DƏYİRMİ MASA

YAP Goranboy rayon təşkilatında görkəmli akademik Zərifə xanım Əliyevanı 98-ci il dönümünə həsr edilmiş dəyirmi masa keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatında görkəmli akademik Zərifə xanım Əliyevanı 98-ci il dönümünə həsr edilmiş “Böyük alim, sədaqətli ömür gün yoldaşı” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masanı YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov açaraq görkəmli alim Zərifə xanım Əliyevanın həyat yolundan danışaraq qeyd edib ki, o baharda doğulmuş, baharda da dünyasını dəyişmişdir. “Zərifə xanım az yaşadı, lakin qısa bir tarixi əhatə edən həyatında çox böyük işlər gördü”, deyən partiyanın rayon təşkilatının sədri bildirib ki, o bu gündə onu tanıyanların qəlbində qayğıkeş, mehriban ana, sədaqətli ömür yoldaşı, istedadlı alim, bacarıqlı həkim, etibarlı dost, səmimi insan kimi yaşayır.

“Elm və incəsənət fəaliyyətinin çox geniş olmasına baxmayaraq Zərifə xanımın həyatda ən ağır məhsuliyyəti Ümummilli Lider Heydər Əliyevlə ailə qurması idi”, qeyd edən Elçin İsmayılovun dediyinə görə, çünki bu incə təbiətli kövrək qadın öz zərif çiyinlərində dünya şöhrətli siyasətçinin böyük bir xalqın Milli Liderinin yaxın silahdaşı və övladlarının anası olmaq misiyasını şərəflə daşıyır, həmçinin, Ulu Öndərin inam və etibarını hər addımda doğrurdurdu: “Azərbaycan qadınının bütün gözəl keyfiyyətlərini özündə birləşdirmiş Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş etmişdir. Tibb elminə yüksək zəngin erudisiyaya malik novator alim kimi daxil olmuş, böyük məktəb yaratmışdı. Zərifə xanım uzun illər Sovet Sülhü müdafiə Komitəsinin, Azərbaycan” Bilik “ Cəmiyyətinin və Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyyətinin üzvü olmuşdur. Azərbaycan Respublikasının Elmlər Akademiyasının həqiqi üzvü olmuş, ilk oftalmoloqdur. Xalqımız öz vətənpərvər, istedadlı, nəcib qızının müqəddəs xatirəsini həmişə əziz tutur. Ölkəmizin hər yerində hər il aprelin 28 Zərifə xanımın doğum gününü qeyd edir. İnanırıq ki, zaman keçdikcə nəsillər dəyişdikcə bu məhəbbət xalqın ürəyində bir sevgi abidəsi kimi ucalacaq”.

Dəyirmi masada çıxış edən Əzra Həşimova isə qeyd edib ki, insanlara təmannasız sevgi bəxş edən Zərifə xanım vəfalı, sədaqətli ömür gün yoldaşı, humanist, alicənab bir qadın kimi hər bir azərbaycanlının yaddaşında daimi yaşayır. Xalqımızın qəlblərində dərin iz salmış, bu müdrik insanın nurlu xatirəsini həmişə əziz tutur.

Tədbirdə rayon qadınlar şurasının sədri Səidə Məmmədova və Yeganə Məmmədova Zərifə xanım Əliyevanın unudulmaz həyat yolundan danışıblar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə