"Fransanın Ermənistana verə biləcəyi budur..." Hərbi ekspertdən sensasiyalı açıqlama

"Fransanın Ermənistana verə biləcəyi budur..." Hərbi ekspertdən sensasiyalı açıqlama

Fransanın vətən müharibəsindən sonrakı dövrdə sərgilədiyi mövqe nə onun rəsmi ATƏT Həmsədri funksiyalarına uyğun gəlir, nə də Fransanın mövqeyi bu münaqişənin nizamlanmasına tövhə vermir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspertin sözlərinə görə, Fransanın davamlı olaraq birtərəfli mövqeyi və Ermənistanın belə bəzi dairələri tərəfindən terrorçu kimi qəbul etdiyi və müharibədən sonrakı dövrdə Azərbaycan hərbçiləri tərəfindən saxlanılan şəxslərə münasibəti anlaşılan deyil.

“Nədənsə, Fransa tərəfi Ermənistandan Azərbaycanın onlarda olan 3 minə yaxın Birinci Qarabağ Müharibəsi iştirakçılarının cəsədlərini tələb etmək, və ya minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək barədə fikirlər səsləndirmir. Fransanın sərgilədiyi mövqe heç bir halda münaqişənin qısa müddətdə məntiqi sonluqla nizamlanmasına və sülh müqaviləsinin imzalanmasına xidmət etmir. Burada sanki, Fransa münaqişənin nizamlanmasından kənarda qaldığı üçün mümkün qədər münaqişənin həllini uzatması və onu hansısa ATƏT formatına yenidən qaytarmaq üçün əlindən gələni etməsi müşahidə olunur. Bu isə mümkün olan deyil, məhz Fransa kimi bitərəfliyini qorumayan dövlətlərin səsləndirdiyi bu fikirlər erməni tərəfinin yeni revanş götürmək xülyalarına salır. Xatırlayırsınızsa, bir neçə gün əvvəl Cənab Prezidentimiz də qeyd elədi ki, yenə də cənub istiqamətində düşmən tərəfindən atəşkəs pozulub və biz buna təmkinlə yanaşmışıq, lakin bu, sonuncu olacaq və bundan sonra erməni tərəfinin istənilən çırpıntıları, istənilən revanşist addımları sərt şəkildə cəzalandırılacaq. Bax, Fransanın Ermənistana verə biləcəyi budur. Heç bir halda bu dövlətlərin verdiyi bəyanatlar Azərbaycan Ordusunun qarşısını ala bilməz, ordumuz daim döyüşə hazırdır və istənilən an düşmənin başına növbəti zərbə endiriləcək”, deyə Ədalət Verdiyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə