Politoloq: “Prezidentlər arasında keçiriləcək görüşü digər görüşlər seriyasına daxil edirəm”- AÇIQLAMA
"İyun ayında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında keçiriləcək görüşü digər görüşlər seriyasına daxil edirəm". Bu sözləri SİA-ya politoloq Qabil Hüseynli açıqlamasında deyib.
O bildirib ki, Ermənistanın görüşqabağı atdığı addımlar bir daha onu sübut edir ki, düşmən tərəf bu görüşdə də qeyri-konstruktiv mövqeyini göstərəcək.
Onun sözlərinə görə, bu məsələdə Ermənistan öz qeyri-konstruktiv mövqeyindən əl çəkməlidir: "Lakin Ermənistan qeyri-konstruktiv mövqe tutduğuna görə, bu görüşdə də heç nə alınmayacaq. Amma hər halda gec-tez Azərbaycan bundan bir çıxış yolu tapacaq. Azərbaycan hər şeyin Rusiya və Ermənistanın istədiyi kimi cərəyan etməsinə imkan verməyəcək".
Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında növbəti görüş 25 iyun tarixində Rusiyanın Kazan şəhərində baş tutacaq.
Prezidentlərin görüşündən sonra ATƏT-in Minsk qrupunun nümayəndələri Dağlıq Qarabağ regionuna səfər edəcək və ardınca Moskva şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü reallaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB