“Putin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu dəfələrlə deyib” ÖZƏL-MÜNASİBƏT
“Rusiya sülhməramlılarının Xankəndində 9 May Qələbə Günü ilə bağlı parada hazırlaşmaları və bu paradın keçirə biləcəyi ilə bağlı yayılan xəbərlər sülhməramlıların beynəlxalq qanunvericilik ilə təsdiq edilmiş statusuna uyğun deyil. İkincisi ərazinin Azərbaycan dövlətinə məxsus nəzərə alınarsa Azərbaycanla strateji əməkdaşlıq çərçivəsində münasibətlərini quran Rusiya bütün hallarda bunu rəsmi Bakı ilə uzlaşdırmalı, razılaşdırmalı və koordinasiya etməli idi”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, Rusiya sülhməramlılarının bu müddət ərzində hərəkətləri göstərir ki, sülhməramlılar onlar üçün qanunvericilikdə nəzərdə tutulan missiyadan xeyli kənara çıxırlar: “Əslində Azərbaycan dövlətinin maraqlarına zidd olan hərəkətlərə yol verirlər. Xankəndindəki ermənilər üçün təhsil, səhiyyə və sosial lahiyələrə ayrılmış məsələlərdə iştirak edirlər. Rusiya bu məsələlərə maliyyə məsrəfləri yönəldir. Bu bütün hallarda böyük dəyişiklik hissi yaradır. Rəsmi Moskva bununla bağlı Azərbaycan dövlətinin ünvanlaya biləcəyi müraciətlərə cavab verməlidir. Bir sıra ekspertlər sülhməramlılarının bu sayıq hərəkətlərini rəsmi Moskvanın Azərbaycana mesajı və ya hərbi əzələ nümayişi etdirməsi ampulasından izal etməyə çalışırlar. Ancaq mən güman etmirəm və düşünürəm ki, hər halda Rusiya prezidenti Vladimir Putin Qarabağın Azərbaycanın ayrılmaz ərazi hissəsi olduğunu dəfələrlə bəyan edir və Rusiyada ATƏT-in Minsk Qrupundakı digər həmsəd dövlət kimi problemin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinin vacibliyini vurğulayıb. Ən nəhayyət Rusiya Azərbaycan və Ermənistan arasında bu müharibədə Rusiyanın vasitəçiliyi ilə hər halda tərəflər arasında atəşkəs barədə yenə də razılıq əldə olunub. Amma bütün hallarda Rusiya sülhməramlılarının bu hərəkətləri müəyyən təəssüf hissi doğurur və bununla bağlı Rusiya tərəfi keçən il noyabrında Moskvada əldə edilmiş razılığın şərtlərini kobud şəkildə pozur. Bu isə sülhməramlılarının gələcəkdə Azərbaycanda qalıb qalmayacağı ilə bağlı məsələləri sual altına qoyur bilər. Çünki Azərbaycan tərəfi Rusiyanın sülhməramlılar ilə bağlı beynəlxalq qanunvericiliyə zidd olan mövqeyini əlbəttə beynəlxalq məhkəməyə çıxarılsa bu əlbəttə arzu olunmaz nəticələrə gətirib çıxaracaq. Amma düşünmürəm ki, bizim Rusiya ilə münasibətlərimiz bu konteksdə cərəyan etsin. Rusiya bizim şimal qonşumuzdur və biz Rusiya ilə bundan sonrada mehriban qonşuluq münasibətlərimizi inkişaf etdirməkdə maraqlıyıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB