Azad edilmiş ərazilərdə birinci hava limanı sentyabrda istismara veriləcək Prezident İlham Əliyev

Azad edilmiş ərazilərdə birinci hava limanı sentyabrda istismara veriləcək Prezident İlham Əliyev

Tikintisinə bir neçə ay bundan öncə başladığımız birinci hava limanı sentyabrda istismara veriləcək.

SİA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 28-də “Boeing Commercial Airplanes” Şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edərkən deyib.

Prezident İlham Əliyev: Sizin də bildiyiniz kimi biz Azərbaycanda bir neçə hava limanı tikmişik və üç əlavə hava limanı da...

Stenli Dil: Tikilməkdədir?

Prezident İlham Əliyev: Bəli, işğaldan azad edilmiş ərazilərdə inşa olunacaq.

Stenli Dil: Bilirəm, bu, çox vacibdir.

Prezident İlham Əliyev: İki gün bundan əvvəl onlardan birinin təməlini qoydum. Tikintisinə bir neçə ay bundan öncə başladığımız birinci hava limanı isə sentyabrda istismara veriləcək.

Stenli Dil: İşlər çox sürətlə gedir

Bütün xəbərlər Facebook səhifəmizdə