Putinlə Baydenin nə vaxt görüşə biləcəyi barədə - LAVROV DANIŞDI

Putinlə Baydenin nə vaxt görüşə biləcəyi barədə - LAVROV DANIŞDI

Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ Prezidenti Co Baydenin Vladimir Putin haqqında qalmaqallı sözlərinə baxmayaraq, sammitin keçirilməsi fikrinin Rusiyada müsbət qəbul edildiyini söyləyib. SİA xəbər verir ki, xarici işlər naziri bu sözləri RİA Novosti-yə verdiyi müsahibəsində deyib.
"ABŞ prezidentinin görüş keçirmək təklifinə prezident Putinin necə reaksiya verdiyini bilirsiniz. Biz bunu müsbət qəbul etdik. Bu təşəbbüsün indi araşdırdığımız bütün aspektlərini anlamaq istəyirik", deyə Sergey Lavrov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə