“Dağıdıcı müxalifət bulanıq suda balıq tutmaq xəyalındadır” ÖZƏL-RƏY
“Ölkədə proseslərin normal istiqamətdə getməsi və milli mənafe uğrunda birgə mübarizə Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli kimiləri qane etmir. Demək olar ki, adları çəkilən qüvvələrin istəyi ölkədə qarmaqarışıqlıq yaratmaq və nə isə xoşagəlməz bir hadisənin baş verməsidir”. Bunu SİA-ya açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib.
Onun sözlərinə görə, dağıdıcı müxalifət bulanıq suda balıq tutmaq xəyalındadır: “Digər tərəfdən bu qüvvələrin özləri də çox gözəl başa düşürlər ki, cəmiyyət bunların mövqelərini dəstəkləmir və təcrid olunmaqdadırlar. Bütün ölkələrdə müəyyən narazı təbəqələr var, yəni istənilən halda ən yüksək inkişaf etmiş ölkələrdə belə az da olsa narazı insanlar olur. AXCP, Müsavat funksionerləri sosial şəbəkələr vasitəsi ilə cəmiyyəti təhdid edən və pozuculuğa, təxribata hesablanan açıqlamalar verirlər, bəzi narazı olan insanların emosiyaları ilə oynamaq və onların emosiyalarını qızışdırmaq yolu ilə cəmiyyətdə bir çaşqınlıq yaratmaq istəyirlər. Əlbəttə, onların bu cür hərəkətləri düzgün deyil. Əgər sənin tutduğun mövqe ölkənin milli mənafelərinə, dövlət mənafelərinə ziddirsə, buna getmək olmaz. Amma bu şəxslərin əksər məqsədi ondan ibarətdir ki, öz şəxsi mənafelərini milli mənafedən üstün tutsunlar. Bir sözlə, bunların fəaliyyəti, əslində, ölkədə demokratiyanın inkişafına yönəlib. Demək olar ki, bunların fəaliyyətinin əsas məqsədi qisasçılıqdır. Təbii ki, bu, qəbul olunan hal deyil. Amma belələrinin nə deməsindən və nə etməsindən asılı olmayaraq, onlar heç vaxt öz məkrli istəklərinə çatmayacaqlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB