ABŞ-ın Ermənistandakı gizli bioloji laboratoriyaları nə işlə məşğuldur? - ŞƏRH

ABŞ-ın Ermənistandakı gizli bioloji laboratoriyaları nə işlə məşğuldur? - ŞƏRH

ABŞ səlahiyyətliləri tərəfindən maliyyələşdirilən və nəzarət altına alınan Ermənistanda gizli Amerika bioloji laboratoriyalarının mövcudluğu Rusiyanın və region dövlətlərinin milli təhlükəsizliyinə birbaşa təhlükə yaradır. Ekspertlər Aleksandr Artamonov, Aleksey Fenenko və İqor Korotchenko “Vestnik Kavkaza” müxbirlərinə verdiyi müsahibədə, postsovet məkanında ABŞ-ın hərbi bioloji fəaliyyətlərinin genişləndirilməsinə dair faktları şərh ediblər.

Pravda.Ru media holdinqinin hərbi müşahidəçisi, “Kontrolnıy vıstrel” proqramının aparıcısı Aleksandr Artamonov bu laboratoriyalardan gələn təhlükələrin gerçəkliyinə işarə edib: "Eynilə Gürcüstan kimi, Ermənistan da ABŞ-ın hərbi biotexnologiyanı tamamilə məsuliyyətsiz və heç kimlə hesablaşmadan tətbiq etdiyi poliqon kimi xidmət edir. İndi Ermənistanda və Gürcüstanda baş verənlər çox böyük problemlərlə doludur. Amerikalılar üçün bu, belə desək, "boz zona"dır, hansı ki, 2-cü ölkənin ərazisində ən ağır bioloji silahların hazırlanması üçün araşdırmalar aparılır. Onların orada nə işlə məşğul olduqlarını yoxlamaq mümkün deyil. Meteoroloji silahlar kimi bioloji silahlar da dünya üçün təhlükədir, bunu epidemiyalar da göstərdi, ancaq amerikalılar xaricdədir, bu bioloji tədqiqatlar isə bizim sərhədlərimiz yaxınlığında aparılır.

Pentaqon, görünür, Avropada, xüsusən də Qafqazda yaratdığı çətinliklərdən etibarlı şəkildə qorunur, lakin Vaşinqton bununla birbaşa təhlükə yaradır və bu təhlükə hər kəsə təsir edə bilər. Məsələn, BMT Ermənistandan hesabat tələb edə bilər. Suriyada istifadə edilən eyni qanuni baza çərçivəsində. Xatırladım ki, Suriyadakı kimyəvi silahdan bəhs edərkən, BMT Təhlükəsizlik Şurası, Rusiya da daxil olmaqla hər kəsdən kimyəvi silahlarının Suriyada olub-olmadığını bildirmələrini tələb etdi. Niyə indi BMT Təhlükəsizlik Şurasının iclasında Avrasiyanın mərkəzindəki bioloji laboratoriyalarda gizlənən və hər an istənilən istiqamətə gedə biləcək təhlükə ilə bağlı bir sual qaldırmaq niyə ağlına gəlmir? "Quzuların sükutu"- bu, çox kədərlidir.

Bu laboratoriyaların Yerevanda necə göründüyünə gəldikdə, deməliyəm ki, Ermənistan bir daha son dərəcə məsuliyyətsiz davranır, başqa cür təsvir edə bilməzsiniz. Bu laboratoriyaların öz əhalisi üçün yaratdığı təhlükəni belə düşünmürlər”.

Lomonosov adına Moskva Dövlət Universitetinin Dünya Siyasəti Fakültəsi Beynəlxalq Təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko da ABŞ-ın Ermənistandakı hərbi hərbi bioloji tədqiqatların rusiyalı mütəxəssislərin nəzarət edə bilmədiyini, yalnız müşahidə etməyin mümkünlüyünə diqqət çəkdi: "Orada nəyin yaradıldığını bilmirik. Amerikalıların Ermənistan, Gürcüstan, Ukraynadakı bu cür laboratoriyalarda hər hansı bir patogen virus və ya bakteriya istehsal etdiyini tez-tez deyirlər, bu da özlüyündə çox təhlükəlidir - ancaq başqa tədqiqatlar da ola bilər. Məsələn, becərilən bitkiləri bulaşdıra bilən zərərli orqanizmlərin gen mutasiyası və daha çox aqressiv alaq otlarının əkilməsi üçün sahə bitkilərini sıradan çıxarmaq üçün proqramları bilirik, bunlar da bioloji müharibənin variantlarıdır. Ermənistanda Amerikalılar tam olaraq nə etdiyini bilmirəm.

Açıq şəkildə deyim ki, Ermənistan Rusiyanın çox şərti bir müttəfiqidir, sadəcə, Ermənistanın 2002-ci ildən bəri iştirak etdiyi NATO ilə hərbi proqram və təlimlərin sayına baxın. Bu dövlətlər açıq şəkildə hərbi-strateji qarşılıqlı fəaliyyət proqramı həyata keçirir. Və bu, amerikalıların Rusiya-Ermənistan münasibətlərinə belə bir tələ atmasına, Rusiya Federasiyası ilə təmaslarda böhrana səbəb olmasına, beləliklə İrəvanın Rusiya müttəfiqi olmaqdansa ABŞ-la dostluq etməsinin çox daha faydalı olduğuna qərar verir. Amerika hərbçilərinin ölkəyə daima bu və ya digər şəkildə sərbəst səfər etməsi üçün bir mexanizm formalaşır. Amerikalılar bütün işləri belə həll edirlər, amma buna, İrəvanda müqavimət görünmür".

“Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko da, öz növbəsində, Ermənistanı müttəfiq hisslərini praktik olaraq nümayiş etdirmədiyini düşünür: "Amerika laboratoriyaların Ermənistandakı fəaliyyətinin qiymətləndirilməsi yalnız mənfi ola bilər, xüsusən respublika Rusiyanın KTMT-də müttəfiqi olduğu halda. Baş nazir Nikol Paşinyanın bu yaxınlarda prezident Vladimir Putinə etdiyi geniş miqyaslı istəklər fonunda inanıram ki, Ermənistan Rusiya ilə müttəfiqliyini əməli işlərlə göstərməlidir”.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə