"Bu tarixi saxtalaşdırmaqdan başqa bir şey deyil" DEPUTATDAN MÜNASİBƏT
“ABŞ prezidenti Co Baydenin uydurma erməni soyqırımı məsələsinə müsbət münasibət bildirməsi mütərəqqi bəşəriyyətdə böyük bir təəssüf hissi doğurdu. ABŞ öz tarixində çox böyük səhvə yol verdi. Tarixi saxtalaşdıran, böyük millətləri toqquşdurmağa çalışan erməni diaspor dairələrinin çirkin fəaliyyətinə dəstək verməsi heç də ABŞ-a nüfuz gətirmir”. Bu sözləri millət vəkili Aydın Mirzəzadə SİA-ya açıqlamasında deyib.
Millət vəkilinin sözlərinə görə, tarixçilərin bu məsələdə fikri birmənalıdır. 1915-ci ildə o dövrdəki Osmanlı imperiyasında hər hansı bir erməni soyqırımı məsələsi olmayıb. Əksinə erməni hərbi birləşmələri həmin dövrdə dinc yaşayış məskənlərinə hücum edib, insanları öldürüb, dövlət üçün çox ciddi problemlər yaradıb: "Bu tip hadisələri sonradan həmin dəstələr Cənubi Qafqazda Bakı, Quba, Şamaxı və digər bölgələrdə əsasən də azərbaycanlıların sıx yaşadığı bölgələrdə azərbaycanlılara qarşı etmişdilər. Belə bir məsələdə erməni millətçilərinin yalanının müdafiə edilməsi Türkiyə kimi böyük dövlətlə münasibətlərin pisləşməsi deməkdir. Baydenin qazandığı 10 milyonluq erməni xalqının rəğbəti, itirdiyi isə Türkiyə və türk dünyasının ABŞ-la yaxşı münasibətləridir. Hesab edirəm ki, sonraki ABŞ rəhbərləri Co Baydenin indiki bəyanatından sonra yaranmış vəziyyəti düzəltmək üçün çox cəhdlər edəcəklər. Çox təəssüf doğurur ki, ABŞ rəhbərliyi dünyada həqiqətən baş verən ədalətsiz bir çox məsələləri ya görmür, ya da görmək istəmir. Ermənistanın 30 il Azərbaycan torpaqlarını işğal altında saxlaması, Xocalı soyqırımını törətməsi, 1990-cı ildə Bakı və ətraf bölgələrdə sovet qoşunlarının azərbaycanlıları qırması, 1 milyon azərbaycanlının öz torpağından erməni hərbi qüvvələri tərəfindən çıxarılması kimi məsələlər diqqətdən kənar qaldı".
Aydın Mirzəzadə həmçinin qeyd edib ki, eyni zamanda vətən müharibəsi dövründə erməni silahlı qüvvələrinin Azərbaycan qarşı “İsgəndər M” raketinin istifadə edilməsi də nə ABŞ prezidentinin, nə də dövlət departamentinin bəyanatlarında yer tapmadı: "ABŞ prezidentinin uydurma “erməni soyqırımı” məsələsinə dair bəyanatı heçnə həll etmir. Bu tarixi saxtalaşdırmaqdan başqa bir şey deyil. İtirilən Türkiyə və türk dünyası ilə yaxşı münasibətlər, itirilən nüfuz, itirilən ədalətsizliyi görüntüsüdür. Hesab edirəm ki, bu xalq ABŞ tarixində qara ləkə kimi uzun müddət qalacaqdır”.
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB