Osmanlıda ermənilərin məhv edilməsi iddiası cəfəngiyyatdan başqa bir şey deyil - Sahibə Qafarova
106 il bundan əvvəl ermənilərin guya “soyqırım”a məruz qalması ilə bağlı iddia Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olub. Biz erməni şovinistlərinin və onların havadarlarının tarixi saxtalaşdırmaq cəhdlərinin dəfələrələ şahidi olmuşuq. SİA-nın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
S.Qafarova bildirib ki, tarixi faktlar göstərir ki, Osmanlıda ermənilərin məhv edilməsi iddiası cəfəngiyyatdan başqa bir şey deyil: “Azərbaycan xalqı erməni şovinistləri tərəfindən dəfələrlə kütləvi qırğınlara məruz qalıblar. 1918-ci ildə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırım daha qəddar formada həyata keçirilib. 1918-ci illərdə Bakıda, Şamaxıda və digər ərazilərdə 50 mindən artıq dinc soydaşımız vəhşicəsinə qətlə yetirilib”.
Sədr bildirib ki, ermənilər tərəfindən xalqımıza qarşı törədilən Xocalı faciəsi kimi soyqırıma göz yumanlar müəyyən siyasi məqsədlər güdərək saxta “erməni soyqırımı” ifadəsi səsləndirməsi yalnız təəssüf doğuur: “Azərbaycan hər bir məsələdə olduğu kimi bu məsələdə də qardaş Türkiyənin yanıdadır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB