"ABŞ Prezidentinin bəyanatını şişirtmək olmaz" Millət vəkili Vladimir Vardanyan
ABŞ prezidenti Co Baydenin erməni soyqırımı ilə bağlı açıqlamasını o qədər də şişirtməyə, böyütmək lazım deyil. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, 26 aprel tarixində Ermənistan Milli Məclisinin Dövlət və Hüquq Məsələləri Daimi Komitəsinin sədri Vladimir Vardanyan jurnalistlərə açıqlamasında belə deyib.
Onun sözlərinə görə, hər il aprelin 24-də ermənilər ABŞ prezidentlərindən 1915-1923-cü illər hadisələri üçün "soyqırım" ifadəsini istifadə etməsini gözləyib. Millət vəkili qeyd edib ki, bu dəfə ABŞ prezidentinin bəyanatı heç də ermənilər üçün çıxış yolu deyil. O, nəzərə çatdırıb ki, Amerika administrasiyası rəhbərinin bu hadisələri təsvir etməsi həm yerli, həm də federal səviyyədə erməni soyqırımının tanınması ilə bağlı tələbləri daha aydın şəkildə təqdim etməyə sadəcə imkan verir və bunu şişirtmək lazım deyil.
Xatırladaq ki, 24 aprel tarixində ABŞ prezidenti Co Bayden ermənilər tərəfindən uydurulmuş, qondarma “erməni soyqırımı” ifadəsi işlədib və yalan məlumatlar fonunda ədalətsiz yanaşma nümayiş etdirdiyi üçün onun bu addımı Türkiyədə, Azərbaycanda geniş narazılıqla qarşılanıb. Onu da diqqətə çatdıraq ki, ABŞ liderinin bu addımdan ermənilər də çox istifadə etməyə çalışır və görünür, erməni millət vəkili anlatmaq istəyir ki, bu addımı, bu hadisəni çox da şişirtmək lazım deyil və faydasızdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB