"Türkiyə ilə ABŞ arasındakı uzun sürən müttəfiqlik getdikcə azalır" Özəl Açıqlama

"Türkiyə ilə ABŞ arasındakı uzun sürən müttəfiqlik getdikcə azalır" Özəl Açıqlama

“Bildiyimiz kimi, daha Obama prezidentliyindən demokratlar seçkiləri udmaq və erməni lobbisinin dəstəyini almaq üçün, soyqırımı tanıyacaqlarını vəd ediblər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

Onun sözlərinə görə, əslində, erməni lobbisi bu hazırlığını çoxdan görüb: “ABŞ qanunvericilik orqanı 12 dekabr 2019-cu il tarixində də soyqırımı tanıyıb. İndiki ABŞ xarici işlər naziri, yəni, dövlət katibi Antony Blinken də qondarma soyqırımın tanınmasına tərəfdar olub. Lakin, Obama zamanında ABŞ administrasiyasının göstərdiyi təmkini, Bayden göstərə bilmədi. Bu məsələdə ABŞ ilə Türkiyə arasında pozulmuş münasibətlərin də təsiri var”.

Politoloq onu da qeyd edib ki, bu hadisədən sonra nələr baş verəcəyinə toxunmaq lazımdır: “Türkiyə ilə ABŞ arasındakı uzun sürən müttəfiqlik getdikcə azalır və azalmağa davam edəcək. Ukraynada krizisin biraz yumşalması da Baydenin qərarına təsir eləyib. Belə ki, artıq hərbi gəmiləri Qaradənizə keçirmə ehtiyacı da azalıb. Baydenin bu sözü işlətməsi öz növbəsində, Türkiyəni Rusiyaya biraz daha yaxınlaşdıracaq. Həmçinin, ilk adım da Rusiyadan gələcək. Türkiyə təbii ki, tamamilə Rusiyanın müttəfiqi qisminə keçməz. Türkiyənin xarici siyasəti yenə müstəqil qalacaq, amma müvəqqəti olsa da müəyyən bir yaxınlaşmanın olmasını gözləmək olar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə