Müstəqil Azərbaycanın memarı və qurucusu - HEYDƏR ƏLİYEV

Artıq bir ildən çox olacaq ki, biz dahi şəxsiyyət, ulu öndər, Ümummilli Liderimiz, xalqımızın mənəvi atası Heydər Əliyevin fiziki itkisinin qüssə və kədərini yaşayırıq. Bu itki haqda düşünərkən bəzən dünyanın və ya həyatın mənasız olduğu kimi fikirlərlə bədbinliyə qapılırsan... Doğrudan da: “...kimlər gəldi, kimlər getdi...”. Bu deyimin nə qədər böyük mənası və hikməti varmış... Bəşər tarixi yarandığı gündən bu günədək milyonlarla, hətta milyardlarla insanlar gəlib-gedib. Bu bir gerçəklikdir ki, onlar arasında elə insanlar, daha doğrusu, elə şəxsiyyətlər var ki, nəinki yüzilliklərdir ki, yaşayırlar, nə qədər ki, bəşəriyyət var onlar da yaşayacaqlar.

“Tarixi yazan, tarixi yaradan, tarixin özü şəxsiyyətlər...”

Türk dünyasının görkəmli oğlu, eləcə də xalqımızın qüruru və şərəfi olan Heydər Əliyev də belə şəxsiyyətlərdəndir. Bu böyük şəxsiyyəti, onun irsini bir elmi mənbə kimi nəinki alimlər, tədqiqatçılar öyrənirlər, hətta əli qələm tutan, dili söz tutan hər kəs ona olan məhəbbət və hörməti təzahür etdirmək istəyirlər. Bu gün Heydər Əliyev şəxsiyyətini, onun irsini öyrənən istər xarici, istər yerli tədqiqatçı-alimlər onu gah C.Vaşinqtona, gah A.Linkolna, gah da De Qola bənzədirlər. Lakin bu tarixi şəxsiyyətlərdən fərqli olaraq Heydər Əliyev dövlət quruculuğunda bənzəri olmayan problemləri gerçəkləşdirmişdir. Ən çox fərqləndirici və üstün, xüsusən nadir cəhətlərdən biri də odur ki, Heydər Əliyev bir birindən fərqli olan iki müxtəlif siyasi-sistemdə ən yüksək zirvəni fəth etmişdir. Bu yaxınlarda Türkiyədən olan bir qrup siyasətçi həmkarlarında az qala gecə yarısından keçənədək Türk dünyasının Böyük oğlu Heydər Əliyevin Türk dünyası üçün, xüsusən Türkiyə - Azərbaycan xalqları qarşısında müstəsna xidmətlərini bir daha böyük minnətdarlıqla xatırlamış Mustafa Kamal Atatürk və Heydər Əliyevin XX əsrdə Türk Dünyası üçün Tanrı Vergisi, Türk Dünyasının Qoşa Zirvəsi olduğu ilə fəxr etmişik. Bir millət iki dövlətin ədəbi liderləri olan Müasir Azərbaycan Dövlətinin Qurucusu Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin Qurucusu Mustafa Kamal Atatürk oxşar cəhətlərə malik əfsanəvi qəhrəmanlıqları ilə yaddaşlarda daima yaşayacaqlar. Bu gün hər iki şəxsiyyətin oxşar cəhətlərindən çox bəhs edilir, çox tarixi faktlar göstərilir. Bu böyük şəxsiyyətlər arasında qeyri-adı bənzərliyin bəzilərini xatırlatmaqla bir daha bunun şahidi olarıq.

Türkiyə Cümhuriyyətinin Qurucusu Mustafa Kamal Atatürk Osmanlı Dövlətində (İmperatorluqda) yüksək xidmətlərinə görə Paşa-General rütbəsinə qədər ucalmışdır. 1915-ci ildə Osmanlı Dövlətində Çanaqqala savaşında göstərdiyi qəhrəmanlıqlara görə 35 yaşında ikən Paşa rütbəsi verilmişdir. 1918-ci ildə İskəndəriyədə İldrım Orduları Komandanlığını yaradaraq buranı İnqilis işğalından qurtarmaq istəyir. Lakin Osmanlı Padşahı buna qarşı çıxır və Atatürkün bu Komandanlığını ləğv edərək onu İstanbula çağırır. 30 aprel 1919-cu ildə Padşahın əmri ilə o Samsona Ordu Müfəttişi kimi göndərilir. Osmanlının çökdüyünü və dünyadakı gedişatı anlayaraq, Yeni Türkiyə Cümhuriyyətini qurma planları ilə 1919-cu ilin iyul ayında Paşalığı (generallığı) buraxır və ilk dəfə mülki geyim geyir və Ərzurum Konqresini təşkil edir. Bu dönəmdən başlayaraq Atatürk onunla həmfikir olan silahdaşlarını və Türk Millətini arxasınca apararaq Yeni Türkiyə Cümhuriyyətini qurur. Dağılmış bir imperatorluğun kütləvi üzərində bu gün dünya birliyində önəmli yeri olan bir dövlətin qurulması Atatürkün adı ilə bağlıdır.

İtalyan, Alman, Fransız, Yunan və Qars Rus cəbhələrində qalıb gəlmiş, eləcə də Çerkez Ethem və bunun kimi bir çox daxili münaqişələri və vətəndaş müharibəsinin qarşısını almışdır. Atatürk dünyanın ən güclü ordularından birini Türk Ordusunun qurucusudur. O 1928-ci ildə Türk Əlifbası islahatını həyata keçirmiş, bugünkü Türk Maliyyə Sisteminin təməlini qoymuşdur. Çağdaş Azərbaycan Dövlətinin Qurucusu Heydər Əliyev Sovetlər Birliyində Dövlət Təhlükəsizlik Komitəsində sədr vəzifəsinə qədər irəli gələrək, general rütbəsinədək ucalmışdır. Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycana rəhbər təyin edilmiş və 1982-ci ilədək Azərbaycanda çox ciddi strateji islahatlar həyata keçirmişdir. Sovetlər Sisteminin ən yüksək qurumu olan Siyasi Büroya ilk Azərbaycanlı kimi üzvlülüyə seçilir. 1982-cü ildə Sovet İmperiyasının ən yüksək vəzifələrindən birinə Nazirlər Kabineti sədrinin I müavini vəzifəsinə irəli çəkilir. Bu illərdə onun həyata keçirdiyi böyük miqyaslı islahatlar haqda bu gün hələ də Rusiya və eləcə də digər keçmiş Sovet respublikalarında böyük minnətdarlıq hissi ilə xatırlanır.

Ermənipərəst Qarbaçovun Sovet İttifaqını dağıtmaq niyyətini və Dağlıq Qarabağ problemindəki onun gizli siyasətini çox gözəl başa düşən Heydər Əliyev özünün barışmaz mövqeyini qətiyyətlə bildirmişdir. Ona görə də 1987-ci ildə Siyasi Büro üzvlüyündən uzaqlaşdırılmışdır. Sovetlərin çökməsini qabaqcadan görən Heydər Əliyev Siyasi Büronun üzvü olduğu üçün Moskvada onun üçün yaradılmış gözəl şəraitdən imtina etmiş 1990-cı ildə doğulduğu Naxçıvana getmiş (Atatürk Samsuna gəldiyi kimi) və sadə vətəndaş kimi xalqın içində yaşamağa daha çox dəyər vermişdir. Azərbaycanda xüsusən Bakıda Xalq hərəkatı illərində Heydər Əliyev Türkçülük hərəkatını Naxçıvanda başlamış və qısa zamanda xalq Onu Naxçıvan Ali Məclisinə sədr seçmişdir. Hakimiyyətdə olan Xalq Cəbhəsinin səriştəsiz və bacarıqsız fəaliyyəti, Qarabağ problemi ilə bağlı uğursuz siyasət və daxili münaqişələr ölkədə vətəndaş müharibəsinə. Həmin illərdə Rusiya Təhlükəsizlik xidmətlərinin, İranın gizli xidmət orqanlarının dəstəklədiyi R.Qazıyev, S.Hüseynov və Ə.Hümbətov kimi “komandirlər” Azərbaycanda Talış-Muğan və Ləzgistan Respublikaları kimi bölgələr qurmağa çalışırdılar. (Bu eyni ilə Atatürkün üzləşdiyi Çerkez Ethem probleminə bənzəyir). Bütün bunlar, eləcə də Ə.Elçibəyin rəhbərlikdən qaçması nəticəsində Azərbaycan bir dövlət kimi yox olma təhlükəsindəydi. Xalqın təkidi və tələbi ilə II dəfə ölkəyə rəhbərliyə gələn Heydər Əliyev bütün bu problemləri aradan qaldıraraq Azərbaycanı parçalamaqdan qurtarmışdır. Xalqımız hər ilin 15 iyun tarixini Azərbaycanın Qurtuluş günü kimi bayram edir. Bütün ömrünü xalqın yolunda şam kimi əridən əziz rəhbərimiz Heydər Əliyev qeyd etdiyimiz problemlərin həllindən sonra qısa müddət ərzində çox saylı islahatları gerçəkləşdirdi.

Heydər Əliyev Yeni Azərbaycan Dövlətini qurdu. Təməlini Sovet dönəmində qoyduğu bugünkü müasir Azərbaycan Ordusunu yaratmaqla qısa müddət ərzində elə bir ordu quruculuğu siyasəti formalaşdırdı ki, bu gün hər bir azərbaycanlı Ordumuzla fəxr edir və qürur duyur. Bir millət, iki gətirib çıxarmışdı. Rusiya Təhlükəsizlik xidmətlərinin və Iranın dövlət prinsipinə böyük önəm verən dahi rəhbər bu sahədə də Türk Ordusunun təcrübəsini də Milli Ordumuza gətirdi. Heydər Əliyevin Azərbaycan Dövləti, Azərbaycan xalqı qarşısında o qədər xidmətləri var ki, bunu söyləməklə, yazmaqla, tədqiq etməklə bitməz, tükənməz. Bu yazıda onun ancaq tək xalqımız və dövlətimiz üçün yox, region üçün, bütövlükdə dünya üçün çox əhəmiyyətli olan bəzi işlərini xatırlayırıq. Ulu öndərin müdrik siyasəti nəticəsində qısa bir zamanda superdövlətlərin və super güclərin Əsrin Neft müqaviləsi ilə Azərbaycana bağlaması, bunun ardınca yüzilliyin ən böyük neft layihəsi olan “3 dənizin əfsanəsi” adlanan Bakı-Ceyhan boru xətti, Qədim və tarixi İpək Yolu, Bakı-Ərzurum Qaz kəməri və s. layihələr gerçəkləşmişdir. Bütün bunların nəticəsində Bakı - Ceyhan Neft boru xətti layihəsi nəinki Azərbaycanın iqtisadi müstəqilliyinin qarantı oldu, bu boru xətti ilə Azərbaycan Türkiyə ilə ayrılmaz hala gəlmişdir.

Heydər Əliyev Azərbaycanın gələcəyini bugünkü gənc nəsillə bağlayırdı. O hələ Sovet vaxtında hazırladığı və həyata keçirdiyi gənclərin Azərbaycandan kənar təhsil alması sistemini Müasir Müstəqil Azərbaycanda da uğurla həyata keçirirdi. Bu gün minlərlə tələbə-gənc ölkədən kənarda, ən inkişaf etmiş ölkələrdə təhsil alırlar. O Azərbaycanda Olimpiya hərəkatının təməlini qoydu və inkişaf etdirdi. Bu gün Olimpiyaçılarımız aylı-ulduzlu, üç rəngli bayrağımızı ən yüksək zirvələrdə dalğalandırırlar. Tarixçilər və sosioloqlar “Tarix təkrarlanır” deyirlər. Görünür bu fikir Türk Dünyasının iki ulu öndəri Müasir Azərbaycan Dövlətinin Qurucusu Heydər Əliyev və Türk Cümhuriyyətinin Qurucusu Mustafa Kamal Atatürk üçün deyilmişdir.

...Bu günlərdə xalqımız öz böyük oğlu Heydər Əliyevin doğum gününü qeyd edərək, bu böyük şəxsiyyətin xalqımız qarşısında müstəsna xidmətləri bir daha xatırlanacaq. Əslində xalqımız hər gün onu anır, onu xatırlayır, onun müqəddəs ruhu qarşısında baş əyir özü də kədərlə, qüssə ilə yox, gələcəyə nikbin gözlə baxaraq. Qədirbilən xalqımız hər zaman əbədiyaşar Prezidentimiz Heydər Əliyevin canı qədər sevdiyi və bizlərə əmanət qoyduğu Azərbaycan Dövlətini göz bəbəyi tək qoruyacaq və Heydər Əliyev siyasətinin layiqli davamçısı Möhtərəm Prezident İlham Əliyevə daima sadiq qalacaq.

Məlahət İbrahimqızı

Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə