İndiyədək ABŞ prezidentləri arasında Ronald Reyqandan sonra heç bir prezident 100 il əvvəl baş verən hadisələrlə bağlı çıxışlarında qondarma “erməni soyqırımı” deyilən, daha doğrusu, uydurulan bu ifadədən istifadə etməyib. Nəzərə alsaq ki, 1915-ci ildə hadisələr ermənilərin təqdim etdiyi kimi olmayıb, bəlli olur ki, son illər bu məsələ, ermənilərin qondardıqları qırğın məsələsini tanımaqdan çox, Türkiyəyə təzyiq üçün gündəmə gəlib və ABŞ prezidentinin də məramı aydındır.
Məsələ burasındadır ki, ABŞ prezidenti Türkiyəni hədəfə almazdan öncə öz ölkəsinin tarixini öyrənə, bir də təkrar bu qarmaqarışıq tarixə göz gəzdirə bilərdi və əgər zərrə qədər abır-həyası olsaydı, bundan sonra hansısa ölkəni “soyrıqım” siyasətində günahlandırmazdı. Nə Bayden, nə də ondan əvvəlki, yaxud sonrakı hansısa prezident ABŞ tarixində törədilən insan tələfatlarını təkzib etmək iqtidarında deyil və bunu edə də bilməz. Çünki bütün dünya ABŞ kimi tanınan ölkənin indi yerləşdiyi ərazilərdə yerli sakinlərə, hindulara qarşı hansı qırğınlar, soyqırımlar törətdiyini çox yaxşı bilir.
Hindulara məxsus torpaqların zəbt edilməsi, hindu tayfalarının vəhşicəsinə qırğını və bu zaman istifadə olunan iyrənc üsullar, məhz ABŞ hökumətinin, Baydenin təmsil etdiyi dövlətin alnında qara ləkə olaraq qalır. ABŞ ərazisində olan yerli sakinlərə qarşı törədilən vəhşiliklər, qırğınlarla müşaiyət olunan hadisələr Amerika kəşf olunan andan başlasa da, yüz illər boyu davam edib və bu hadisələrin fonunda insan tələfatı dünyada hansısa tələfatla müqayisəyə belə gələn deyil.
Tarixə ekskursiya etsək, lap yerinə düşər və özünü demokratiya, sülhsevər, insan haqlarının müdafiəçisi və sair ali prinsplərin qoruyucusu, mühafizəçisi kimi göstərən, təqdim edən ABŞ dövlətinin kimliyi dərhal bəlli olar. Bəlli olar ki, 1492-ci ildə bütün dünyada tanınan səyyah Xristofor Kolumb Amerikanı kəşf edəndən təqribən 100 il sonra, onun “Yeni Dünya” adlandırdığı torpaqlara, ərazilərə əsl axın başladı və avropalılar okeanın o tayındakı ucsuz-bucaqsız torpaqları, sözün əsl mənasında, işğal etdilər. Bəli, məhz işğal etdilər. Əgər yüzlərlə hindu tayfaları əsrlərlə yaşadıqları ərazilərdən qovulurdusa, tarixi torpaqlarından, meşələrindən, otlaqlarından, su hövzələrindən, mədənlərindən məhrum edilirdisə, buna işğaldan başqa nə ad vermək olar? Co Baydenin diqqətinə çatdırmaq, ona xatırlatmaq yerinə düşərdi ki, tarixdə ən böyük ərazilərin, torpaqların zəbti, bu zaman yerli sakinlərə qarşı vəhşiliklər, qırğınlar məhz bu zamanlarda Amerikada baş verib və bu da ondan xəbər verir ki, ən böyük qırğınların da müəllifi, törədicisi məhz Amerika özüdür.
Xatırladaq ki, 15-ci əsrin sonu, 16-cı əsrin əvvəllərində kəşf olunan “Yeni Dünya” (Amerika) çoxsaylı hindu tayfalarının məskəni, vətəni idi. Artıq bu kəşfdən 100 il sonra avropalı müstəmləkəçilərin axını ilə ərazilər yerli sakinlərin, bu torpaqların həqiqi sahiblərinin əllərindən alındı, özü də vəhşiliklə. Ona görə vəhşiliklə deyilir ki, avropalılar yerli hindu tayfalarının hüquqlarını nəzərə belə almırdılar, onları hətta qarət belə edirdilər. Heç şübhəsiz ki, odlu silahlarla silahlanmış avropalıların qarşısına oxla, kəsici silahlarla çıxan aborigenlər (yerli əhali) müqavimət göstərməkdə aciz hesab olunurdular. Təsadüfi deyil ki, bu toqquşmalar zamanı yerli hindu tayfaları hesaba gəlməyəcək sayda itgilər verirdilər. Məhz avropalıların həmin əraziləri işağalı fonunda yüzlərlə hindu tayfaları məhv edildi, yer üzündən silindi, 100 milyondan çox yerli sakin, hindu öldürüldü. Baxmayaraq ki, yerli tayfalar avropalıların gəlişinə etiraz edirdilər, güclü təzyiqlər, insan tələfatı, qırğınlar hesabına avropalılar özləri “yerli” oldular və bunun ardınca həmin ərazilərdə indi ABŞ adlanan dövlət yaradıldı, özünü demokratiya, insan haqları, ali dəyərlərin carçısı, mühafizəçisi elan edən Amerika.
Daha bir maraqlı fakt, diqqət çəkən məqam odur ki, hərbi üstünlükdən istifadə edən işğalçılar, yəni avropalılar bütöv tayfaların məhv edilməsi təhdidi, hədəsi ilə hinduları dırnaqarası “müqavilələr” bağlamağa, məsələn, torpaqlar barədə satınalma razılaşmaları imzalamağa məcbur edirdilər. Nümunə üçün diqqətə çatdıraq ki, ilk belə “müqavilə”lərdən biri Nyu-York şəhərinin indiki ərazisinin alınması barədə “razılaşma” idi. Ən gülünc məqam isə odur ki, bu “razılaşma”ya əsasən hollandiyalılar böyük ərazisi olan həmin torpaq sahəsini hindu qəbilələrindən cəmi 24 dollara almışdılar və bu fakt özü də “müqavilə”nin mahiyyətini ortaya qoyur. Şimaldan cənuba təqribən 60 kilometr uzanan və dünyanın ən iri şəhərlərindən biri olan Nyu-York ərazisi avropalılara cəmisi 60 quldenə və ya 24 dollara başa gəlib. Bəli, 1626-ci ildə müstəmkələnin qubernatoru Piter Minuit Manhettenin qalan ərazisini də metal bıçaqlar, muncuqlar, güzgülər və digər bəzək-düzək əşyaları müqabilində yerli hindulardan “satın alır”. Bunun ardınca, XVII əsrin sonunda ingilislərin əlinə keçən şəhərin adı dəyişir, Nyu-York olur.
Amerika ərazilərinin zəbt edilməsində digər bir fakt da çox maraqlıdır və diqqətdən heç yayınmır. Belə ki, hindulardan “alınan” daha doğrusu, onların əlindən alınan torpaqlar maraqlı üsullarla ölçülürdü və bu üsullardan biri, «gəzinti alışı» üsulu idi. Bu üsul ondan ibarət idi ki, insan gün yarım ərzində nə qədər gedə bilirdisə, torpaqların sərhədi orada bitirdi. Yəni, torpaqlar o qədər geniş idi, o qədər böyük sürətlə zəbt edilirdi ki, bu zaman qəbul olunan məsafə, yol, ərazi vahidləri belə müstəmləkəçiləri qane etmirdi.
İndiki ABŞ ərazisinə gələn avropalı müstəmləkəçilər yerli əhalini qərbə sıxışdırır, onları başqa ərazilərdə torpaqlar verəcəkləri ilə aldadırdılar. Aldadılan yerli əhalinin, hindu tayfalarının da sonra taleyi hərbi təcavüz nəticəsində çox acınacaqlı olurdu. Bəzən on illər boyu mübarizə aparan yerli əhali, hindu tayfaları son nəfərinə qədər qırılır, yer üzündən silinirdi ki, bu soyqırımın müəllifi kim idi bəllidir və indi onların davamçıları, nümayəndələri dünyada soyqırıma qarşı olduqlarını iddia edirlər utanmadan. Aldadılaraq köçürülən yerli əhaliyə qarşı zorakılıq aktları, kütləvi qətllər, qırğınlar, özbaşınalıqlar, indi dünyada insan haqlarının pozulması, qətil və soyqırıma qarşı mühafizəkar göstərən ABŞ hərbi qüvvələrinin, silahlılarının hesabına reallaşdırılırdı.
Təqribən 100 il bundan əvvəl, yəni 1915-ci ildə baş verən və ermənilər tərəfindən “soyqırım” donu geyindirilən hadisələrə guya ki, ədalətlə yanaşmaq istəyən ABŞ prezidenti bir neçə əsr ərzində, yüzillər boyunca indi məskunlaşdıqları ərazilərdə hindu tayfalarına özlərinin etdiklərini bilmir, yoxsa özünü qanmazlığa qoyub? Adamdan soruşarlar ki, sən öz dövlətinin tarixini bilməyə-bilməyə Osmalı tarixinə nə vaxt burnunu soxdun və bu tarixi öyrəndin axı? Əgər bilirsə, o zaman hansı haqla Osmanlı kimi islam əxlaqı, mənəvi dəyərlər üzərində qurulan, idarə olunan bir türk dövlətinə qarşı belə bir qara yaxmağa cəsarət edir? Yəni, öz dövlətinin qurulmasında, ərazilərinin zəbt edilməsində bütün çirkinliklərə əl atması bəlli ola-ola ABŞ prezidentinin Osmanlı barədə “soyqırım” ifadəsi işlətməsi, həyasızlığın növbəti nümunəsi, son həddidir.
Tutaq ki, ABŞ lideri öz ölkəsinin 100 illər bundan əvvəlki tarixindən xəbərsizdir və özünü xəbərsiz kimi göstərib, hansısa dövlətə qarşı soyqırım ifadəsi işlətməyə bu bəhanə ilə cəsarət edir. Yaxşı, bəs bu ABŞ prezidenti, ötən əsrin ortalarında ölkəsinin törətdiyi Naqasaki, Xerasima faciələrini də görməməzliyə, bilməməzliyə, nəticədə özünü qanmamazlığa necə vura bilər? Heç bir səbəb, əsas olmadan sözügedən ərazilərə nüvə silahı istifadə edən ABŞ hələ də bu bəd əməlinə aydınlıq gətirməyib. Hələ də ABŞ-ın nüvə silahı atdığı həmin ərazilərdə insanlar şualanma səbəbindən xəstəliklərlə, məhrumiyyətlərlə qarşılaşırlar, doğulan körpələr fiziki qüsurlu doğulurlar, ərazilərin fauna və florası ciddi şəkildə zədələnməkdə davam edir, amma, hansısa uydurmalara, erməni saxtakarlarının saxtakarlıqlarına görə guya dünyada baş verən dırnaqarası haqsızlığa görə ABŞ özünü ədalətli yanaşma nümayiş etdirən kimi, mühafizəkar kimi göstərməyə çalışır. Nəzərə çatdıraq ki, nüvə silahının kəşfindən, istehsalından bu zamana qədər həmin silahı tətbiq edən yeganə ölkə də ABŞ olub, baxmayaraq ki, Rusiyaya, İrana və digər ölkələrə bu silahdan istifadə etməmək barədə tövsiyyələr, tələblər irəli sürür.
Renessans dövrü ilə ayaqlaşa bilməyən, intibah mədəniyyətindən uzaq olan, məhz Avropadan baş götürüb qaçan uğursuz avropalıların müstəmləkəçilik siyasəti ilə ələ keçirdiyi, zəbt və işğal etdikləri torpaqlarda özlərinə münbit şərait tapıb yaratdıqları ABŞ dövlətinin dünyaya mədəniyyət, əxlaq, insanpərvərlik dərsi keçmələri hədsiz dərəcədə gülünc görünür. Bütün tarixi boyunca ABŞ-ın müstəmləkəçilik siyasəti yürütdüyü bəllidir və bu faktarı sadalamaqla bitən də deyil. Yəni, ABŞ və onun lideri öz gözündə tiri görməyib özgələrinin gözündə tük axtarır, deməkdə hər kəs haqlıdır. Bu faktlar da öz növbəsində ABŞ tərəfindən insan qırğınları törədildiyini təsdiq edir ki, həmin ölkə lideri buna münasibət bildirsəydi, bu barədə fikir səsləndirsəydi, ədalət ilahəsi Femidanın tərəzisində ona yer olardı. İndi əgər bir əlində qılınc, bir əlində tərəzi olan ədalət iləhəsi ABŞ liderini mühakimə etsə, heç şübhəsiz ki, onun qismətinə düşən başına qılınc endirilməsi olar. Yəni, xatırlatmaq istərdik ki, bizim öz tərəzimiz yox, ədalətin tərəzisi belə ABŞ prezidentinə məhz belə yanaşar, onu öz gözündə tiri görməyən mələk donlu iblis adlandırar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB