10 May Azərbaycan xalqının əbədi Lideri, Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Tarixdə bəzi şəxsiyyətlər var ki, o şəxslər bir xalqın taleyini dəyişir, bir millətin xilaskarı olur. Tarixə öz ismini qızıl hərflərlə yazdırır. Ulu Öndər Heydər Əliyev də Azərbaycan dövlətinin tarixində adını qızıl hərflərlə yazdırmış şəxslərdəndir. Ümummilli Liderimiz Azərbaycan xalqının xilaskarı, bügünkü Azərbaycan Dövlətinin banisidir.
1990-cı illərin əvvəllərində Azərbaycanda xaos dövrü yaşanarkən Heydər Əliyev Azərbaycana geri dönmüş və Naxçıvana yola düşmüşdür. 1992-ci ildə Azərbaycan üçün çox vacib bir hadisə baş verdi - Yeni Azərbaycan Partiyası yarandə və Heydər Əliyev Naxçıvanda keçirilən təsis qurultayında partiyanın sədri seçildi. 1993-cü il tarixində ölkədə baş verən siyasi böhran və xaos vəziyyəti nəzərə alınaraq o dövrdəki rəhbərlik Heydər Əliyevi Bakıya dəvət etdi. Elə həmin ildə Azərbaycan xalqının sevimlisi, Ulu Öndərimiz Azərbaycan Respublikasının Prezidenti seçildi.
Bundan sonra Azərbaycan üçün artıq yeni və parlaq bir dövr başlandı. Heydər Əliyevin rəhbərliyində ölkənin siyasi, iqtisadi, təhsil və bir çox digər sahələrində inkişaf dönməz xarakter aldı. Azərbaycan beynəlxalq aləmdə uğurla təmsil olundu və ölkənin iqtisadi inkişafı üçün digər ölkələrlə yeni əməkdaşlıqlar həyata keçirildi. Ölkəmizin tarixində əhəmiyyətli hadisə baş verdi - “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilənin icrası Azərbaycan dövləti üçün böyük imkanlar yaradaraq boyük layihələrin icrasında mühüm yer tutdu. Eyni zamanda, ölkədə gənclər siyasətinin təməli qoyuldu, gənclərin daha vətənpərvər mühitdə yetişməsi üçün lazımi addımlar atıldı.
Bu gün Ümummilli Liderimizin ruhu şaddır. Ona görə ki, bizə özündən sonrakı dövr üçün lider qoyduğu, “Ona özüm qədər inanıram” dediyi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində biz itirilmiş torpaqlarımızı geri qaytarmışıq. Cənab Prezidentin qeyd etdiyi kimi, O ata vəsiyyətini yerinə yetirdi və Azərbaycan xalqının ən ağrılı yarasına çarə tapdı.
Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əvəzedilməz yeri var, çünki Ulu Öndər hər zaman xalqının yanında olmuş, daima onları narahat edən problemlərlə yaxından tanış olmuş və problemlərin həlli istiqamətində mühüm rol oynamışdır. Ulu Öndər öz tarixi şəxsiyyəti və böyük liderliyinin nəticəsində müasir Azərbaycan Dövlətinin qurucusu olmuş və Dövləti süqutdan qurtarmışdır. Azərbaycan xalqı və gəncliyi hər zaman Heydər Əliyevi ehtiramla yad edəcək və onun xatirəsini əbədi yaşadacaqdır.
Emil Aslanlı,
YAP Gənclər Birliyinin üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB