“ABŞ özü də yaxşı bilir ki, 1915-ci il hadisələri soyqırım hesab olunmur” Siyasi şərhçi
"ABŞ prezidentinin açıqlamasının ən son cümləsində "soyqırım" ifadəsini işlətməsi məsələyə yanlış yanaşmasından irəli gəlir". Bu sözləri SİA-ya açıqlamasında siyası şərhçi Azər Həsrət bildirib.
Onun sözlərinə görə, ABŞ kimi böyük bir dövlətin rəhbəri bu ifadədən istifadə etməklə böyük səhvə yol verib: "Bütün dünya, o cümlədən, ABŞ özü də yaxşı bilir ki, 1915-ci il hadisələri soyqırım hesab olunmur. Ermənilərin iddiasına görə, burada yarım milyon adam öldürülüb. Bu yanlış məlumatdır və mümkün deyil. Çünki, o dövrdə Osmanlı torpaqlarında 1 milyon 300 minə qədər erməni yaşayırdı. Bu halda, milyon yarım erməni necə öldürülə bilər?! Bütün bunları ABŞ yaxşı bilir. Sadəcə, siyasi hesablar üzərindən hərəkət edərək, cılız mənfəətləri naminə türkləri bu cür yanlış ifadə ilə incidib".
Azər Həsrət sözlərinə belə davam edib: "Azərbaycan məsələyə Türkiyə ilə eyni reaksiyanı bildirib. Azərbaycan bir daha sübut etdi ki, Türkiyəni incidənlər Azərbaycanın da üzərinə gəlib. Ona görə də, ABŞ prezidenti bu yanlışı Azərbaycan və Türkiyənin daha da yaxınlaşmasına, eyni zamanda türk dövlətlərinin birliyinin gücləndirilməsinə səbəb olacaq. Yəni, biz kiminsə bir ifadə işlətməsindən üzülmək əvəzinə, birlik olaraq güclənib cavab verməliyik".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB