Keçmiş qubernator duelə çağırdı Paşinyanın qaynını

Keçmiş qubernator duelə çağırdı Paşinyanın qaynını

Nikol Paşinyanın qaynı, Anna Akopyanın qardaşı boks döyüşünə çağrılıb. SİA Ermənistana məxsus armenianreport.com saytına istinadən xəbər verir ki, dünən keçirilən aksiya zamanı Ermənistanın Sünik bölgəsinin keçmiş qubernatoru Vaqe Akobyan jurnalistlərlə söhbəti zamanı belə bir çağırış edib və bir növ qarşı tərəfi duelə çağırıb.

Keçmiş qubernator, "25 aprel tarixində "köhnə, ənənəvi boks" təklif edirəm", deyib.
Aksiya zamanı keçmiş qubernator jurnalistlərlə söhbətində "Mənim addımım" fraksiyasından olan deputat Anna Akopyanın qardaşı Hraçya Akobyanın ona görüşün vaxtını və formatını təyin etmək üçün 24 saat vaxt ayırmasına da toxunub. Vaqe Akobyan buna cavab olaraq Hraçya Akopyanı boks rinqinə çağırıb.
"Bu cəzasızlıq mühiti onlar üçün optimal şərait yaradıb, axmaqlıqlarına adi yanaşıldığından istədiklərini edirlər, ağıllarına gələni deyirlər. Hraçya Hakobyan mənə yer, vaxt və format təklif etdiyindən məmnuniyyətlə, özləri tərəfindən ixtira edilən vətəndaş günü, 25 aprel tarixini, köhnə, ənənəvi boks meydançasını təklif edirəm", deyə Akopyan əlavə edib.
Keçmiş qubernator görüşün yerini və vaxtını da bildirib.
"Yer və vaxtı belə deyə bilərəm ki, "Orange" idman kompleksi, boks salonu, saat 12: 00 olsun. Görüş və döyüş zamanı iştirak edənlər, onlardan başqa, hakim və bu hadisəni işıqlandırmağa dəvət etdiyim jurnalistlər olacaq. Hamıya söz verirəm ki, dizlərindən tuta-tuta, dizi üztə sürünə-sürünə oradan çıxacaq, amma hər şey boks qanunları çərçivəsində olacaq deyə sonradan ora-bura şikayət etməyə gedə bilməyəcək", deyə keçmiş qubernator Vaqe Akobyan fikirlərini yekunlaşdırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə