Erməni cəmiyyəti özünün faciəvi vəziyyətindən xəbərdardır? - MÜSAHİBƏ

Milli Məclisin üzvü Sevil Mikayılovanın SİA-ya müsahibəsini təqdim edirik.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Hacıqabul rayonuna səfərə etdi. Səfərin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Böyük zəfərimizdən sonra Cənab Prezidentin çox vacib bir açıqlaması olmuşdu: "Azərbaycanda quruculuq işlərinin davam etdirilməsi müharibədən əvvəlki tempindən daha yüksək davam etdiriləcək". Hacıqabulda açılış zamanı Cənab Prezidentin çıxışı bu yüksəliş, tərəqqi siyasətinin davamı kimi anlaşılmalıdır. Azərbaycan dövlətinin inkişafı və vətəndaşlarımız tərəqqisi, iqtisadi yüksəlişin təminatını bu gün bütün dünya görür. Qeyd edim ki, pandemiya dövründə dünyada baş verən iqtisadi çökmələrə baxmayaraq dövlətimizin əks tədbirlər proqramı mövcuddur və hökümət işini davam etdirir. Cənab Prezident hər zaman iştirak etdiyi görüşlərdə və açılışlarda Azərbaycan xalqına müraciətləri olur. Bu müraciətlər zamanı Cənab Prezident həm gördüyü işlərin hesabatını verir və eyni zamanda vacib mesajların ötürülməsi işini də təmin edir. Hacıqabula səfəri zamanı Prezidentin verdiyi açıqlamalarında yenə də açıq-aydın bir xətt var idi. Ümümiyyətlə, Azərbaycan dövləti özünün konstruktiv mövqeyini ortaya qoydu. Bu gün müxtəlif ölkələrdən təşkilatlardan səsləndirilən fikirlər göstərir ki, Azərbaycan dövlətinə təziq etmək və Azərbaycanın xarici siyasi kursunda hansısa bir dəyişikliklərə nail olmaq istəkləri var. Amma Cənab Prezidentin qətiyyəti və onun Azərbaycanın milli və dövlət maraqlarına əsaslanan xarici siyasi kursu əlbəttə, bu cür təsirlərin neytrallaşdırılması üçün çox vacibdir.

- Ermənistanda iyun ayının 1-də keçiriləcək erkən parlament seçkilərindən gözləntiniz nədir? Sizcə, Paşinyanın rəqibi Robert Köçəriyanın şansı nə qədərdir?

- Ümumillikdə Ermənistanın siyasi palitrasina baxsaq bu gün baş verən hadisələr əslində gözlənilən idi. 2018-ci ildə Paşinyan hakimiyyətə çox böyük ümidlərlə gətirildi. Lakin 2 il sonra onun siyasətdən uzaq diletant mahiyyəti də üzə çıxdı. Reallıqlar Ermənistan cəmiyyətini silkələyib və artıq hökumətin dəyişməsi ilə bağlı cəmiyyətdə fikir ayrılığı yaranıb. Burada müxtəlif qruplar və qruplaşmalar görürük. Amma onları biz iki qrupa bölsək - biri Paşinyan bloku, ikinci hissə isə müxalifət yönümlü qüvvələrdir. Bunlar da öz-özlüyündə müxtəlifdir. Keçmiş prezidenti Robert Koçaryanın son zamanlar aktivləşməsi və hakimiyyətə gəlmək istəyi var. Siyasi arenada şəxsiyyət çatışmamazlığı, xarizmatik liderin olmaması və erməni xalqının sözün əsl mənasında arxasınca apara biləcək real qüvvənin olmaması digər müxalifət qruplarının aktivləşdib. Ermənistanda müxalifətdən Sarkisyan, Koçaryan, Manikunyan çox böyük aktivlik göstərir. Xatırladım ki, Mankunyan Ermənistanın keçmiş baş naziri olub və böyük müxalif qüvvələri öz ardınca apararaq Paşinyana qarşı güc nümayiş etdirə bilər.

- Qalib gəlmək şansı yüksək qiymətləndirilən Paşinyanın seçildikdən sonra xarici siyasəti hansı yöndə olacaq: Əvvəlki anti-Rusiya siyasətini davam etdirəcək, Qərbə yaxınlaşacaq, yoxsa Moskvadan asılılığı daha da artacaq?

- Ümumilikdə Ermənistanın Rusiyanın təsirindən çıxmaq arzuları elə arzu olaraq da qalacaq. Ermənilər çoxdan anlayıblar ki, onlar sadəcə, Rusiyanın "forpost"u olaraq mövcüddur və Ermənistan siyasi xəritədə mövcudluğuna görə Rusiyaya borcludur. Hansısa bir dönəmdə qərbyönümlü siyasətə meyllənmək Ermənistanı faciələrə apardığını erməni cəmiyyəti və dünya açıq şəkildə gördü. Ermənistanın iqtisadiyyatının tam şəkildə Rusiyadan aslılığı məsələsini də biz nəzərdən qaçırmamalıyıq ki, Ermənistanın enerji və qaz təscizatını 100 faiz tam şəkildə Rusiya tərəfindən həyata keçirilir.

- Ermənistan Zəngəzur dəhlizinin açılmasında maraqlı kimi görünmür. Ermənistanın etirazı buna mane ola bilərmi?

- Bundan əvvəl Nikol Paşinyanın parlamentdə bir çıxışı olmuşdu və həmin çıxışda açıq şəkildə ritorik formada ictimaiyyətə sual ünvanlamışdı: "Azərbaycan komnikasiya xətlərini açırsa, biz onda niyə açmayaq?". Bu isə artıq Paşinyanın siyasətində dəyişiklik etdiyinin təzahürüdür və üçtərəfli bəyannamədə də öz əksini tapıb. Üçtərəfli bəyannamə beynəlxalq bir sənədddir. Ermənistan bu sənəddən çıxmaqla özünün əvvəlki vəziyyətinə qaytaracaq və bunu istəyirsə, bu, artıq onun öz seçimidir. Azərbaycan Prezidentin Hacıqabula səfəri zamanı çıxışında dediyi kimi Zəngəzurdan keçən dəhliz Naxçıvana açılacaqdır və bu birmənalıdır. Ermənistanın fikrini və yaxudda onun rəyini soruşan yoxdur. Artıq beynəlxalq dövlətlərarası sənədlərdə də öz əksini tapıb. Eyni zamanda dövlətlər arası işçi qrupda öz işini davam etdirir və burada müəyyən mənada sapmaların olması gözlənilən deyil. Sadəcə, olaraq bir az geçikdirilməsi məsələsi narahatlıq yaradır. Lakin müəyyən mənada əsl erməni təbiətinə uyğun olaraq cinayətkar erməni əsrlərinin qaytarılması müqabilində bundan bir barter kimi istifadə etmək istəyir. Yəni bu cür şərtlər var, amma bundan əvvəlki görüşlərin hamısında bu cür şərtlərin sürülməsinə tərəflər imkan verməyib.

- Prezident İlham Əliyevin "Zəngəzura qayıdırıqsa İrəvana da qayıtmalıyıq" mesajı özündə bir sıra məqamlar doğurur. Qarşı tərəf bundan hansı mesajı aldı?

- Azərbaycan dövlətinin aydın bir mövqeyi var. Biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq və dünyanın artıq cızılmış siyasi xəritəsi mövcuddur. BMT-nin də müəyyənləşdirdiyi sərhədlər toxunulmazdır və ölkələrin ərazi bütövlüyünü, suverenliyini etiva edir. Sadəcə olaraq Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edirsə, biz də tarixi sənədləri ortaya qoyaraq Zəngəzurun Azərbaycan torpağı olduğunu və ümumiyyətlə, Ermənistanın yerləşdiyi ərazilərin Azərbaycan torpağı olduğunu onlara göstərə bilərik. Ümumiyyətlə, məskunlaşdığı və məskunlaşmadığı dövlətlərdə ermənilərin ərazi iddiası etməsi xəstəlik halına çevrilib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə