Azərbaycanda insan alverinə qarşı mübarizə gücləndirilib - AÇIQLAMA

Ötən il ərzində Azərbaycanda insan alverinə qarşı mübarizə səngiməyib, əksinə daha da gücləndirilib. SİA-nın məlumatına görə, bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını təqdim edərkən deyib.

S.Əzimov bildirib ki, panemiya olmasına baxmayaraq insan alveri qurbanına çevrilmək riskləri artıb. Onun sözlərinə görə, insan averi qurbanlarının 50 faizi cinsi istismara, 38 faizi məbcuri əməyə, digər hissəsu isə dilənçilik, insan orqanlarının alqı-satqısı və digər cinayətlərin payına düşür.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə