Audronyus Ajubalis: “Avropa İttifaqı Cənubi Qafqaz ölkələri ilə əlaqələrini gücləndirməlidir”
"Avropa İttifaqı Cənubi Qafqaz ölkələri ilə əlaqələrini gücləndirməlidir". SİA-nın xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis Brüsseldə keçirilən Aİ-nin Xarici İşlər Şurasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistanla viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında saziş üzrə danışıqlara başlamaq lazımdır.
Qeyd edək ki, cari ilin martında Ajubalis ATƏT sədri kimi Cənubi Qafqazın üç ölkəsində - Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olub.
Eyni zamanda bu gün Aİ Şurasında Cənubi Qafqaz ölkələrindəki vəziyyətə Avropa ittifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eşton da toxunub: "Biz Gürcüstanda baş verən insidentlərdən, həmçinin ötən həftə Dağlıq Qarabağda ölümlə nəticələnən insidentlərdən narahatıq". İttifaq adından o, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən ölüm halları ilə bağlı insidentlərə görə narahatlığını ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB